Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 30 aprel və 1 may tarixlərində keçirilmiş buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 44142 nəfərdən 520 nəfər imtahana gəlməyib.
Bu barədə PİA.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 3 nəfərin nəticəsi ləğv olunub.
pia.az