Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“27 gün cəhənnəm həyatı yaşadım, amma ölmədim” – Xocalı qırğınının şahidi danışır…

1992-ci ildə ermənilərin qadınlara və uşaqlara fərq qoymadan törətdiyi Xocalı qətliamında həyat yoldaşını itirən və əsirlikdə qalan Valeh Hüseynov həmin xatirələrini, sanki, bu gün baş vermiş kimi xatırlayır…

“Mecra” qəzeti, Türkiyə, 25 fevral 2020-ci il

Qırğının canlı şahidlərindən biri olan Hüseynov o günlərdə başına gələnləri danışıb: “Bir çox günahsız insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Hadisədən 5 ay əvvəl ailə qurduğum həyat yoldaşım da güllə yarası alaraq şəhid oldu. Bəziləri qaçmağı bacardı, amma mən həyat yoldaşımın cəsədini orada qoyub getmək istəmədim və ermənilərə əsir düşdüm”.

1992-ci ildə Azərbaycanla Ermənistan arasında gedən müharibə zamanı erməni qüvvələrinin 613 sivili öldürdüyü Xocalı qırğınından xilas olanlar bu hadisəni unuda bilmirlər.

Xocalı qətliamının şahidlərindən biri Valeh Hüseynov

Ermənilərin qadınlara və uşaqlara fərq qoymadan həyata keçirdikləri qətliamda bir çox ailə tamamilə məhv edilmiş, qalanları isə dost-tanışlarını itirmişdi. Qırğından xilas olanlar hələ də həmin işgəncələri və itirdikləri qohumlarını xatırlayırlar.

Xocalıdan qaçmaq istəyərkən 19 yaşlı həyat yoldaşını itirən və 27 gün məhkum həyatı yaşayan Valeh Hüseynov (hazırda 52 yaşındadır) heç cürə unuda bilmədiyi o xatirləri “AA” müxbirinə danışıb.

Qırğından qaçan Azərbaycan türkləri

Qırğından bir neçə ay əvvəl Xocalının sanki mühasirəyə alındığını və təbii qazın, elektrik enerjisinin kəsildiyini deyən Hüseynov vertolyotlarla nəqliyyatın təmin edildiyini, lakin bir neçə vertolyot vurulduqdan sonra dayandığını qeyd edib.

25 fevral 1992-ci ildə axşam saatlarından etibarən ermənilərin 10 yerdən tanklarla hücum etdiyini bildirən Hüseynovun sözlərinə görə, onlar artıq dözə bilməyəcəklərini başa düşüb şəhərdən qaçmağa qərar veriblər.

Qırğının ortasında qalan uşaqlar

Hüseynov soyuq və qarlı hava şəraitində bir qrup xocalılı ilə Ağdam bölgəsinə doğru getdiklərindən və necə əsir düşdüyündən danışıb:

“Yaşlıları, qadınları və uşaqları Qarqar çayından keçirdik və qaranlıqda meşəyə yola düşdük. Bir müddətdən sonra bizi dayandırdılar və atəşə tutdular. Çox sayda günahsız insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Bu hadisədən 5 ay əvvəl evləndiyim həyat yoldaşım da güllə yarası alaraq şəhid oldu. Bəziləri qaçmağı bacardı, amma mən həyat yoldaşımın cəsədini orada qoyub getmək istəmədim. Nəticədə, ermənilərə əsir düşdüm”.

“27 gün cəhənnəm həyatı yaşadım, amma ölmədim”

Hüseynov tutulduğu ilk gün ermənilərin onu vəhşicəsinə döydüyünü və işgəncələrin sonrakı günlərdə də davam etdiyini vurğulayıb:

Qarabağ qırğını

“Mən gitara çalırdım. Onlar bunu bilən kimi əvvəlcə barmaqlarımı sındırdılar, sonra dırnaqlarımı çıxardılar. Sonra da əlimi isti sobaya basaraq yandırdılar. 27 gün cəhənnəm həyatı yaşadım, amma ölmədim. Ağdam rayonunun komandirlərindən biri olan Allahverdi Bağırovun köməyi ilə əsirlikdən qurtuldum. Məni 3 erməni məhbusla dəyişdilər. Erməni məhbuslar çox yaxşı vəziyyətdə idilər, amma mən yaralı idim, ayaq üstdə dura bilmirdim”.

Hüseynov o vaxtı aldığı fiziki yaraların tam olmasa belə sağaldığını, lakin mənəvi yaralarının yalnız Qarabağ işğaldan azad olduqdan sonra sağalacağını deyib.

Xocalıda nə baş verdi?

1991-ci ilin dekabrında Qarabağın paytaxtı hesab edilən Xankəndi şəhərini işğal edən ermənilərin növbəti hədəfi bölgədəki yeganə hava limanına sahib olan və strateji cəhətdən əhəmiyyətli olan Xocalını ələ keçirmək idi.

Erməni qüvvələri tərəfindən mühasirəyə alınan Xocalı ərazisi 936 kvadrat kilometr, əhalisi isə 7000 olan və 2605 ailənin yaşadığı bir qəsəbə idi. Xocalı ətrafındakı bütün kəndləri və yolları bir-bir ələ keçirən erməni qüvvələri şəhərin digər əyalətlərlə olan yol əlaqəsini kəsmişdilər. Xocalının digər bölgələrlə yeganə əlaqəsi olan vertolyot nəqliyyatı da 28 yanvar 1992-ci ildə Şuşa-Ağdam səfərində olan vertolyotun vurulması ilə məhv edilib. Bu hadisədə, əsasən qadınlardan və uşaqlardan 44 sivil həyatını itirib.

Yanvar ayının əvvəlindən elektrik enerjisi ilə təmin olunmayan Xocalını yalnız yüngül silahlara sahib olan yerli müdafiə qüvvələri və milli ordunun az saylı əsgərləri müdafiə edirdi.

Azərbaycan əsgərləri

25 fevral 1992-ci ildən Xocalıya hücum etməyə başlayan ermənilər bölgədəki sovet ordusunun 366-cı zirehli alayının bütün texnikalarından istifadə edərək şəhəri 2 saat ərzində silah və tank atəşi altında saxlayıblar. Hücumdan bir gün sonra isə illərlə yaddaşlardan silinməyəcək “Xocalı qətliamı” törədilib.

Rəsmi məlumatlara görə, Xocalı qətliamında müdafiəsiz qalan 106-sı qadın və 63-ü uşaq olan, ümumilikdə 613 Azərbaycan vətəndaşı öldürülüb. Qırğından 487 nəfər ağır yaralı halda xilas olarkən, erməni qüvvələri 275 nəfəri girov götürüb. Onların arasındaki 150 nəfərdən hələ də xəbər yoxdur.

Qırğında 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdi. Xocalının işğalına görə Azərbaycan dövlətinin maddi ziyanı 170 milyon dollar olmuşdu.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar