Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“2023-cü ildə Putin olmayacaq...” - Dünyanı şəkilləndirən şəxslərdən biri olan Mİ-6-nın sabiq rəhbəri…

Britaniya kəşfiyyatının sabiq rəhbəri Rusiyada hakimiyyət dəyişikliyinin necə olacağını proqnozlaşdırıb…

2022-ci ilin sonlarında Putini Rusiyanın idarəetməsindən kənarlaşdırcaqlar. Hakimiyyət dəyişikliyi qansız-qadasız çevriliş vasitəsi ilə olacaq.

PİA.az xəbər verir ki, Böyük Britaniyanın gizli kəşfiyyat xidməti Mİ-6-nın sabiq rəhbəri Riçard Dirlav hesab edir ki, ilin sonuna qədər tamamilə müharibəyə köklənmiş Rusiya prezidenti Vladimir Putini sağalmaz xəstələrin saxlanıldığı sanotoriyaya yerləşdirəcəklər. Bu Kremlin sahibinin ciddi xəstələnməsi ilə bağlı şayiələrin yayılması fonunda baş verəcək. Bununla da Rusiyanın siyasi elitası qansız-qadasız çevriliş planını ölü nöqtədən çıxaracaqlar.

Putin hakimiyyətdə Rusiyanın real hərbi məğlubiyyəti və iqtisadi fəlakəti təhlükəsinə qədər qala biləcək. Hazırda ölkənin əsas siyasi simaları Rusiyanın rəhbərliyindən hamının həyatı üçün təhlükəli olan “xəstəliklər buketi” ilə gəzən prezidenti hakimiyyətidən kənarlaşdırma üçün ssenarilər üzərində çalışırlar. “Düşünürəm ki, 2023-cü ildə Putin ümumiyyətlə olmayacaq, onu aradan götürəcəklər”, deyə Dirlav bildirib.

Sabiq Mİ-6 rəqhbəri qeyd edib ki, bəlkə də prezidentlik səlahiyyətləri əlindən alındıqdan sonra onu sağalmaz xəstələrin saxlanıldığı sanotoriyadan çıxmasına icazə versinlər. Ancaq bu çevrilişsiz hakimiyyətin dəyişdirilməsi vəziyyətində baş verə bilər.

Aprel ayında KİV-lərdə belə bir məlumat yayılıb ki, Putinin qalxanabənzər vəzisində xərçəng aşkarlanıb və bütün sutka ərzində mütəxəssis həkim nəzarətində olur. Bu teoriyanın dolayı sübutu isə mütəxəssislər tərəfindən Putinin xarici görkəmində olan dəyişikliklərlə izah olunur.

Dirlav hesab edir ki, Putini Kremldə Rusiyanın güc strukturlarının sevimlisi Nikolay Patruşev əvəz edə bilər. Ancaq Rusiya idarə etməsində varislik planı demək olar ki, işləmir. Britaniya kəşfiyyatçısı xəbərdarlıq edir ki, Putin rejimi öz sonuna yaxınlaşır, lakin bu məlumatı rejimin tamamilə yox olması kimi dəyərləndirmək olmaz. “Mən rejimin gələn ilə qədər, ən uzağı 18 ay müddətində iflas edəcəyini proqnozlaşdırıram. Şünki Ukrayna avantrrasının fəlakətə çevrilməsi ilə bağlı heç kimin şübhəsi yoxdur”, deyə Dirlav öz fikrini əsaslandırmağa çalışıb.

Rusiya iqtisadiyyatı sanksiyalar nəticəsində artıq “laxlaylb” və yaxın 3-altı ay ərzində bunun real nəticələri görünəcək. İqtisadi cəhətdən Rusiyanı hiperinflyasiya gözləyir, hərbi cəhətdən isə Rusiya fiyaskoya uğrayacaq.

Bəzi mətbu orqanlar yazırlar ki, Putin xərçənglə, ya da Parkinson xəstəliyi ilə mübarizə apara bilər. Kremlin sahibi xarici qonaqlardan həddən artıq uzaq məsafədə oturaraq koronavirusa qarşı daha çox həssas davranır. Putinin bu qorxusunu onun mübarizə apardığı ağır xəstəlik fonunda korona virusa yoluxmaq təhlükəsi ilə əlaqələndirirlər.

Qeyd edək ki, daha əvvəl okkulist Andrey Kosmaç Putinin bir ildən artıq ömrünün qalmadığını bildirmişdi. Kremlin sahibi ilə bağlı film çəkən Oliver Stoun isə Putinin doğrudanda xərçəngdən əziyyət çəkdiyini təsdiqləyin. Məlumatlara görə Putinə yaxın olan oliqarxlar da onun xəstəliyindən xəbərdardırlar və artıq hakimiyyətin dəyişdirilməsi imkanlarını müzakirə edirlər.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Tbilisidə aksiyaçıların bir qismi dağılışmağa başlayıb - Yenilənib

Ən çox oxunanalar