Bazar ertəsi, 26 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

20 il həbs - Qarabağda döyüşən terrorçuya hökm oxundu - Yenilənib

Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə kollegiyasının hökmü oxunub.

PİA.az xəbər verir ki, hökmü hakim Elbəy Allahverdiyev elan edib.

Hökmə əsasən, Eulcekcian Viken Abraham 20 il azadlıqdan məhrum edilib.

***

Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə kollegiyası hökmü elan edəcək.

***

Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə məhkəmə kollegiyasının hökmü elan edəcəyi gözlənilir.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib, Ermənistan Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2 500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.

Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan vətəndaşlarına və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.

Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan cinayətlərdə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezidentin xüsusi tapşırıqlar üzrə səfiri “manıs” çıxdı

“Rusiya Ermənistana deyir ki, başlayın atəş açmağa” - Deputat

Paşinyanın Tavuş bölgəsinə müəmmalı səfəri – Qazaxın kəndləri geri qaytarılır?..

İcra başçısının əməli etiraza səbəb oldu – Video

“Azərbaycana göstərdik ki, dişimiz yoxdur: Bu, Qarabağın sonu olacaq”

Xudayarın müharibədə oxuduğu daha bir mahnısı tapıldı - Video

Bunu edənləri 500 manata qədər cərimə gözləyir

Qalib Prezident və xəyanətkar komanda: yumruğu stola vurmaq zamanadır!

Vicdanın nə olduğunu bilməyən Şeyxdən nə gözləyirik ki

“Şeyxülislamın məqsədinin nə olduğunu anlamaq olmur” - Elşad Miri

Ən çox oxunanalar