Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1993-cü il hadisələri: Proseslər necə baş verdi?

Aqil Səmədbəyli yazır...

Azərbaycan Prezidenti Əbülfəz Elçibəy, 10 fevral 1993-cü ildə Surət Hüseynovun səlahiyyətlərinə xitam verən sənədi imzaladı. Bunun səbəbi Surətin artıq tamamən rus kəşfiyyatının nəzarəti altına keçməsi haqqında gələn məlumatlar idi.

Hətta Rəhim Qazıyev rus dərin dövləti yanında Surətdən sonrakı adama çevrilmişdi. Bu da onunla bağlı idi ki, Rəhim Qazıyev ruslara verdiyi sözü yerinə yetirə bilməmişdi - Elçibəyi rus ordusunu Azerbaycandan çıxarmaq fikrindən daşındıra bilməmişdi. Rəhim Qazıyev Surət Hüseynovdan qorxurdu. Bunu dostlarımızdan birinə etiraf da etmişdi.

14 May 1993-cü ildə Naxçıvan Milli Məclisinin sədri Heydər Əliyev Ermənistan Ali Məclisinin sədri Araksyanla Naxçıvan-Ermənistan arasında atəşkəsə dair niyyət protokolunu imzaladı. Bu Konstitusiya Cinayəti idi.

25 May 1993-cü ildə işğalçı rus ordusunun son əsgərləri də Elçibəyin israrı və ardıcıl fəaliyyəti nəticəsində Azərbaycandan çıxarıldı!

4 iyunda Gəncədəki üsyan təsadüf deyildi!

Ən öndə Rusiya, geri planda İngiltərə, Amerika, İran, Turgut Özalın öldürülməsindən sonra da Süleyman Demirel rəhbərliyindəki Türkiyə də təəssüf ki, bu inqilabi koalisiyada yer almışdılar.

Gəncədə üsyanı yatırtmaq və qeyri-qanuni silahlıları zərərsizləşdirib həbs etmək məqsədi ilə Gəncəyə gedənlər:

1.Azərbaycan Prezident Qvardiyasının komandiri Albay Tahir Məmmədov və 8 əsgəri qəddarcasına şəhid edildi - bu hadisə Elçibəyi psixoloji olaraq ciddi təsirləndirmişdi. O, hər bir əsgəri öz oğlu kimi sevərdi. Hələ Tahir bəyin Elçibəydə ayrı bir yeri vardı.
2. Baş çavuş İxtiyar Şirinov üsyançılar tərəfindən girov götürüldü:
3.Təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbər girov götürüldü;
4.Daxili İşlər nazirinin birinci müavini Qabil Məmmədov girov götürüldü;
5.Daxili Qoşunların Komandiri Fəhmin Hacıyev üsyançıların əlindən canını zorla qurtarıb qaçdı;
6.Bakı Bələdiyyə Polis rəisi Mehdi Mehdiyev girov götürüldü.
7.Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik Şöbəsinin müdürü Azər Əliyev girov götürüldü;
8.Daxili İşlər Nazirliyi Cinayət-axtarış idarəsinin rəisi Zakir Nəsibov girov götürüldü;
9.Müdafiə Naziri Dadaş Rzayev yağlı çörək olub qeybə çəkilmişdi.
10. Ədliyyə Nazirliyi həbsxanaların müdiri Məmməd Zeynalov Gəncə aeroportunda üsyançılarla savaşda yaralanmış və Bakıdan gələn əmrlə Bakıya qayıtmışdı.
11.Müdafiə Nazirliyi Birinci Korpus Komandiri Albay İsa Sadıqov, Surət Hüseynov və dəstəsi tərəfindən vəhşicəsinə döyülmüş və girov götürülmüşdü!

Qısacası, iqtidar Gəncədə məğlub olmuşdu!

7 iyun 1993-cü ildə Gəncədəki üsyanı yatırtmaq üçün prezident Elçibəy tərəfindən təyin olunmuş Baş nazir Pənah Hüseynov vəzifəsini yerinə yetirə bilmədiyi üçün istefa etdi.

7 iyun 1993-cü ildə Lənkəranda İran tərəfindən maliyyələşən İslam Partiyası üzvləri və tərəfdarları əllərində qara bayraqlarla şəhərdə mitinq təşkil etmək və xalqı meydanlara çıxarmaq təşəbbüsündə oldular.

8 iyun 1993-cü ildə Ana müxalifət partiyası olan AMİP və dörd başqa partiyanın tərəfdarları Milli Məclis qarşısına toplanıb üsyan və üsyançılar əleyhinə deyil, Milli Hakimiyyət əleyhinə fəaliyyət göstərirdilər.
Sovet dövründə rus kəşfiyyatı ilə məşğul olan 200 min vətəndaşımızın da Elçibəy üçün işləməyəcəyi açıq aydın idi.

Hər tərəfdən təbliğat bombardmanına məruz qalan yalnız Elçibəy iqtidarın sonunun gəldiyini görür, ancaq bunu Vətəndaş müharibəsinə yol vermədən nəticələndirməyin yollarını axtarırdı!

Son çarə olaraq həyatından çox sevdiyi Türkiyəyə üz tutdu. Türk dünyasının əfsanə ismi Alparslan Türkeşə zəng etdi, yardım istədi. O da Süleyman Demirellə görüşməsini təklif etdi. Elçibəy də Süleyman Demirelə zəng etdi.

Demirel:

- Sən Heydər Əliyevi Bakıya gətir, Məclis başqanı et, o bu işləri həll edər!

Bundan sonra Elçibəy məcburiyyətdən Heydər Əliyevi Bakıya dəvət etdi.

13 iyun 1993-də məsləhət nəticəsində İsa Qəmbər məclis başqanlığından istefa verdi.

14 iyun 1993-də Lənkəranda Əlikram Hümbətov öncülüyündə silahlı dəstə yerli hakimiyəti devirdi.

15 iyun 1993-də Heydər Əliyev Milli Məclis başqanı seçildi.
15 iyun 1993-də üsyançılar Göyçay, UcarZərdabda da hakimiyyətə əl qoydular.

15 iyun 1993-də Göyçay İcra başçısı müavini İkram Zeynalov şəhid oldu. 17-si toyu olacaqdı...

15 iyun 1993-də Azərbaycan Xalq Cəbhəsinin təşəbbüsü ilə İqtidarı müdafiə etmək üçün Prezident Sarayı önündə mitinq oldu. Elçibəyin canından çox sevdiyi, həyatını onun Azadlığı və Xoşbəxtliyi uğrunda fəda etdiyi xalqı onu yalnız buraxdı... Saray önünə iki min insan toplaşmışdı...

16 iyun 1993-də Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri bir açıqlama verdi: Bu məsələlər siyasidir və buna müdaxilə etməyəcəyik!

16 iyunda Kürdəmir İcra başçısı üsyançılar tərəfindən girov götürülərək Gəncəyə aparıldı.

17 iyun 1993-də axşam Azərbaycan prezidenti Ebülfəz Elçibəy, Heydər Əliyev, Rəsul Quliyev və Etibar Məmmədovla görüşdü.

Bu görüşdən əvvəl Elçibəy Etibar Məmmədovun prezident olması haqqında sərəncamı masasının üstündə hazır saxlamışdı - hesab edirdi ki, bu görüşdən sonra Etibar Məmmədovun "hə"-sindən sonra imza atıb televiziya ilə elan etdirəcəkdi... Ancaq Etibar Məmmədovun "hə"-sini o gecə ala bilmədi... Bu da Etibar Məmmədovun həyatında aldığı son prezidentlik təklifi oldu...

Üsyancıbaşı rolunda görünən Surət Hüseynov: "Əgər Elçibəy istefa etməsə, Bakıya hücum edəcəyəm", - deyə təzyiq edirdi...!

Elçibəyin Kələkiyə çəkilməsi çox doğru bir addım idi - Xalqımızı növbəti dəfə fəlakətdən qurtarmışdı.
Dirənsə idi, İraq və ya Suriya olacaqdı Azərbaycan!
Bunun üçün altyapı hazırlanmışdı!

Sevgili Liderimin ruhu qarşısında əyilirəm!
Sənin yerin doldurula bilməz BƏY!
Nur içində yat!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar