Bazar ertəsi, 27 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

1970-ci ildən sonra doğulanların səhhətində çox problem olur - Alimlərdən həyəcan təbili

London Universitetinin alimləri X nəslin sağlamlıqla bağlı daha çox əziyyət çəkdiyini sübut edib.

Belə ki, 1970-1980- ci illər arasında doğulanlarda 2-3 və daha artıq xroniki xəstəlik, bədəndə daimi ağrılar, yüksək təzyiq, psixi pozulmalar, narkotik, siqaret və alkoqoldan asılılıq halları rast gəlinir.

PİA.az xəbər verir ki, elmi araşdırmanın nəticələri BMC Public Health tibbi dərgisində çap olunub.

Xüsusən yoxsul, imkansız ailələrdə böyüyən bu nəsil nümayəndələri sağlamlıqla bağlı 35 yaşdan sonra çoxsaylı problemlərlə üzləşir.

Uşaqlıqda fiziki və psixiki problemləri olanlar orta yaşda daha çox xroniki xəstəliyə tutulur.

Elmi işin rəhbəri və müəllifi David Qondek deyir:

"Bu tədqiqat yeni məlumatlar ortaya qoyur. Əhalinin X nəsli arasında çoxsaylı xroniki xəstəliyi olanlar çoxalır. İndi 41-48 yaş arası insanların 2-3 xroniki xəstəliyi eyni anda mövcuddur. Bunların əsası erkən uşaqlıqda qoyulub".

46-49 yaş arasında 35% əhalinin diabet, artrit, depressiya, nevroloji ağrılar, təzyiq, ürək problemləri var. (medicina.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Putinin qarşısında 3 şərt: Əgər razılaşarsa, Xankəndidə və…

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi: Ruslar Ağdərədə erməni mövqelərini partladır?

Güney Azərbaycanlılar SEPAH-ın hərbi təliminə qatılmaqdan imtina ediblər

“Yaxınlaşıb qulağına dedim ki, sənə xəyanət etmişəm” – Aktyor cütlüklə 

Səddam Hüseynin qəddar oğlu - Məğlub idmançıların ailələrinə belə işgəncə verən Uday Hüseynin şok əməlləri

Kəmaləddin Heydərov zabitlərin kirayə pulunu hələ də ödəməyib – Problem

Əri ölən "Elif" uzun müddət sonra bu halda görüntüləndi - Foto

"Göbəklitəpədə 10 min il yerin altında qalan “gizli xəzinə” üzə çıxarılıb" - Fotolar

Klintonla Yeltsin Kremlin tualetində araq içib sərxoş olublar...

Ən çox oxunanalar