Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

12 ölkə “Leopard 2” tanklarını Ukraynaya təhvil verməyə hazırdır

Əgər Almaniya razılaşarsa, 12 ölkə “Leopard 2” tankını Ukraynaya verməyə hazırdır. Ümumilikdə yüz döyüş maşınından danışmaq olar…

PİA.az xəbər verir ki, bu barədə ABC telekanalı Ukrayna rəsmisinə istinadən məlumat yayıb.

Kanalın həmsöhbəti qeyd edib ki, yuxarıda göstərilən 12 ölkə Almaniyanın Ramşteyn Hərbi Hava Qüvvələri bazasında keçirilən görüşdə “Leopard”ları Ukraynaya verməyə hazır olduqlarını təsdiqləyiblər.

Qeyd edək ki, indiyədək Polşa və Finlandiya hakimiyyətləri Ukraynaya “Leopard 2” tanklarını verməyə hazır olduqlarını açıq şəkildə bəyan ediblər. ABC mənbəsinin məlumatına görə, Hollandiya, İspaniya və Danimarka onlara qoşulmağa hazırdır.

Bu gün, yanvarın 24-də məlum oldu ki, Polşa rəsmi olaraq Almaniyaya “Leopard 2” tanklarının Ukraynaya verilməsinə icazə verilməsi xahişi ilə sorğu göndərib. Daha əvvəl Varşava imtina ediləcəyi təqdirdə hərbi texnikanın icazə alınmadan Ukraynaya veriləcəyini bildirmişdi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar