Cümə axşamı, 18 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

102 nəfər and içərək vəkil olub

Azərbaycan Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.

Mərasimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, deputatlar, xarici ölkələlərin səfirliklərinin nümayəndələri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, 2005-2017-ci illər ərzində vəkilliyə qəbulla bağlı keçirilən 5 yazılı test imtahanının nəticəsində 575 namizəd uğur qazanaraq Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunub. Onun sözlərinə görə, 2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edirdi. 2018-2022-ci illər arasında keçirilən 9 yazılı test imtahanlarının nəticəsində 1 303 nəfər ixtisas imtahanlarını müvəffəqiyyətlə başa vuraraq icbari təlimə cəlb olunub:

"Bu gün artıq ölkəmizdə vəkillərin sayı 2 237 nəfərdir. Andiçmə mərasimində 102 namizəd vəkil andı içərək sıralarımıza qəbul olunurlar. Onlardan 90 nəfəri vəkilliyə qəbulla bağlı yazılı test və şifahi müsahibədə uğur qazanıb və icbari təlimi başa vuraraq andiçmə mərasiminə buraxılıb".

A.Bağırov qeyd edib ki, əvvəllər hakim işləmiş 10, əvvəllər vəkil işləmiş 2 namizəd qanunvericiliyə uyğun olaraq şifahi müsahibədə uğur qazanaraq icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılıb:

"102 namizədin 81 nəfəri kişi, 21 nəfəri isə qadındır. Bununla da qadın vəkillərin sayı 402 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil etməkdədirlər".

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

“Azərbaycanın bütün nazirləri cəm şəklində onun qədər əmlak talamadı” – Aslan İsmayılov

Tramp Ziya Məmmədovu məhkəməyə verir – Qalmaqalın şok səbəbi

“Porno ulduz” məmur polkovnik rütbəsini necə almışdı? – Zaur Mirzəyevin karyerası...

“Sürməli” ilə Sumqayıt hadisələri arasındakı əlaqə: Partlayışın pərdəarxasında bu qüvvə var...

Prezidentin general rütbəsi verdiyi hərbçilər kimdir? - Siyahı

Çempionlar Liqası: "Qarabağ" Çexiya klubu ilə heç-heçə edib

İlham Əliyev bir qrup DSX  hərbi qulluqçusuna general rütbəsi verdi - Sərəncam

Ermənilərin Laçındakı meşəliyə od vurmasının yeni görüntüləri - Video

Hesablama Palatası Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlayıb

Prezident və birinci xanım Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - Yenilənib

Ən çox oxunanalar