Cümə, 19 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

100 il ərzində inanılmaz dəyişən dünya - Bizim həyatımızdan narazı qalmaq haqqımız varmı?..

Hər şey müqayisə ilə ortara çıxır... Tarixin ölüm, yoxsulluq və savadlılıq statistikası doğrudan son 100 ildə inanılmaz inkişafı ortaya qoymaqdadır...

Biz 21-ci əsrin 20-ci illərində yaşamaqdayıq və əslində hamımız, yəni bütün insanlar həyatlarından narazıdırlar. Hazırda planetdə yaşayan 7 milyarddan artıq insanın böyük əksəriyyəti isə yaşam çatışmamazlıqlarından şikayətçidir. Bəs bizlərdən hər hansı birimiz bizim eradan əvvəl, ya da orta əsrlərdə, ən yaxşı halda isə 18-19-cu əsrlərdə yaşasaydıq halımız necə olacaqdı?

Doğrudanmı bizim halımız göründüyü kimi dəhşətli və acınacaqlıdır? Doğrudur, 21-ci əsrin 20-ci illərində yaşasaq da, dövlətlər və xalqlar hələ də öz problemlərini həll etməyin ən asan yolunu müharibə etməkdə görürlər və bu gün bu yaşıl planetin sakinləri bütün tarix boyunca olduğu kimi, hələ də müharibə şəraitində yaşayırlar. (Və yəqin ki, müharibələr olmasaydı, tarix də olmayacaqdı). Mövcud şəraitdə hər birimiz çox saylı problemlərlə uğraşırıq və onlar bitmir...

Çoxumuzun sabaha gümanı belə yoxdur və “Allaha ümid” yaşayırıq. Amma bizim vəziyyətimiz 100, 200 il əvvəl yaşayan insanların vəziyyəti ilə müqayisədə doğrudanmı dəhşətli və dözülməzdir?

Əlbəttə ki, dünyadakı hazırkı siyasi vəziyyət 10-15 il əvvəlkindən daha pisdir. Sosial--iqtisadi qeyri müəyyənlik çoxumuzu təşvişə salır. Pandemiya və üçüncü dünya müharibəsi təhlüləkəsi də insanları depressiyaya soxan amillərdən biridir. Amma çox yox, 100 il keçmişə nəzər salsaq, vəziyyətimizin heç də qorxunc və tükürpədici olmadığına əmin olacağıq.

O zaman bir qədər keçmişə boylanaq...

Ölüm...

Əgər bizlərdən hansımızsa Yuli Sezarın zamanında Romada, Çingiz xanın zamanında Mərkəzi Asiyada, Napoleonun zamanında Parisdə yaşasaydıq, onda bizim böyük əksəriyyətimizin 10-15 yaşa qədər yaşamaq imkanımız olmayacaqdı. Və yaşadığımız o 10-15 ilə indiki şərtlərdə yaşam adlandırmaq belə mümkün deyil. Bizlərin çoxu, hətta mütləq çoxluğumuz aclığın, xəstəliyin, acımasiz müharibələrin, bazarlarda qul kimi satılmağın qurbanı olacaqdıq. Bəlkə də bizlərdən çoxunun doğulmaq imkanı belə olmayacaqdı və bəlkə də bu daha böyük şans kimi dəyərləndirilməlidir.

Tarixin qələmə alındığı eramızdan 500 il əvvəldən 20-ci əsrə qədər bütün dünyada ölüm hər yerə hakim olub. 20-ci əsrə qədər dünya miqyasında 15 yaşına qədər yaşayanlar ümumi əhalinin 46,7%-ni təşkil edirdi. Yeni doğulan uşaqların 4/1 hissəsi isə bir yaşlarına çatmadan ölürdülər.

Hər şey 20-ci əsrdə dəyişməyə başladı. 1950-ci ildə insanların yeniyetmə çağında ölüm faizləri 27% idi. 2017-ci ildə bu statistika 4,6%-ə qədər enib. Bu gün, 2022-ci ildə bir uşağın doğuş zamanı ölməsi faciə kimi dəyərləndirilir. Amma 1822-ci ildə bu adi və gündəlik həyat axını idi.

Yoxsulluq...

1820-ci ildə bütün dünyada 1,08 yaşayırdı və onlardan 964,93 milyon insan ifrat yoxsulluq şəraitində yaşayırdı. Və onların həyat şəraiti indiki şərtlərdə sadəcə dözülməz idi. 2015-ci ilin statistikasına görə isə planetdə 7,35 milyard insan yaşayır və onlardan 733,48 milyon insan ifrat yoxsulluq həddində yaşayır.

Burda onu da qeyd etməliyik ki, indiki yoxsulluq səviyyəsi 200 il əvvəlkindən çox fərqlidir. Müasir yoxsul insanın ağıllı telefonu, yeməyə çörəyi və yatmağa evi var. BMT-nin statistikasına görə 1981-ci ildə dünya əhalisinin 44%-i ifrat yoxsulluq səviyyəsində yaşayıb. 1990-cı ildə bu səviyyə 36% olub. 2021-ci ildə isə dünya əhalisinin cəmi 9%-i ifrat yoxsulluq səviyyəsində yaşamaqdadır.

Və bir də son 200 ildə dünya əhalisinin artım səviyyəsinə fikir verdinizmi? Son 200 ildə insanların sayı təqribən 6 milyardı 200 milyon artıb və 20-ci əsrdə baş verən iki dünya müharibəsini, bu müharibələrin yaratdıqları aclıq və fəlakətləri, SSRİ və Çində aparılan böyük repressiyaları nəzərdə alarsaq, son 200 ildə insanların artım səviyyəsi doğrudan ağlasığmazdır. Bu nəyin hesabına olub? Təbii ki, istehsalın dəfələrlə artmasının və səhiyyənin inkişafı sayəyində...

Savadlılıq...

Hətta çap maşını ixtira olunandan sonra belə, əsrlər boyu kitab varlılar və elita üçün əlçatan idi. Yazmaq və təhsil almaq isə ancaq bir qisim seçilmişlərə nəsib olurdu və onların arasında bəxti gətirən kasıblar çox az olurdu. Əhalinin böyük hissəsi isə yazıb oxumağı bilmirdi. Onlar yalnız dillə ünsiyyət qura bilirdilər. Yəni təhsil ala bilmək üçün “doğru evdə”, “doğru nəsildə” doğulmaq əsas şərt idi.

1800-cü ildə planet əhalisinin ancaq 12%-i savadlı idi. 1900-cü ildə planetin savadlılıq səviyyəsi 21%-ə qədər yüksəlmişdi. 2016-cı ilin statistikasına əsasən isə dünya əhalisinin 86%-i savadlıdır. Son 100 ildəki fərq doğrudan heytətləndiricidir, deyilmi?

Nəticə

Əgər bizlərdən hansımızsa 1820-ci ildə Parisdə yaşasaydı, onun 15 yaşına qədər yaşamaq imkanı yarıbayarı idi. Əgər yaşamaq sizə nəsib olsaydı belə, indiki şərtlərlə müqayisə olunmaz yoxsulluq şəraitində yaşamanız da böyük ehtimalla qaçınılmaz olacaqdı. Savadlı olmanızın imkanı isə demək olar ki, olmayacaqdı. Savadlı və varlı olmanız sizin üçün sadəcə bir şans olacaqdı.

Ona görə də çox da şikayətlənmədən həyatınızın dadını çıxarmağa baxın...

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus bahalı avtomobillər - Foto

Vətəndaşlar Kəmaləddin Heydərovun qəbuluna düşə bilmirlər - Video

Türmə rəisi Emin Həsənovun avtoritet sevgisi - 1 saylı cəzaçəkmə müəssisəsində nələr baş verir?..

Kişilərdə keçəlləşməsinin əsl səbəbi budur

Un və çörək qiymətlərinin yuxarı hədləri müəyyənləşdirildi - Video, Yenilənib

"Dünyada buğdanın qiyməti ucuzlaşıb" - Quterreş

Ukrayna sərhədçiləri Donetskdə rusiyalı diversantları məhv edib - Yenilənib

Rəsulzadənin daha bir nadir fotosu üzə çıxdı - Foto

Ən çox oxunanalar