Bazar, 24 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

1 manatlıq şirkətlə 700 minlik müqavilə bağlandı – Yardımlı RİH-dən şübhəli tender

Yardımlı Rayon İcra Hakimiyyəti yolların təmiri işlərinin satın alınması ilə bağlı keçirdiyi açıq tenderin qalibini elan edib.

Valyuta.az xəbər verir ki, tenderin qalibi “ELNUR-2” Universal İstehsalat Kommersiya Şirkəti olub.

Yardımlı Rayon İcra Hakimiyyəti qalibə 739 min manat ödəyəcək.

Qeyd edək ki, şirkət 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 1.60 AZN olub.

Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi – ev 11/35, m. 57, qanuni təmsilçisi isə Zaur Niyaz oğlu Abıyevdir.

Xəbəri işləməmişdən əvvəl internet resurslarında kiliç bir araşsırma apardıq. Məlum oldu ki, Zaur Abıyev daha əvvəl bir neçə rayonun icra hakimiyyətləri tərəfindən elan olunmuş eyni formatlı tenderlərin qalibi olub. Onunla bağlı daha maraqlı bir nüans isə ondan ibarətdir ki, adı çəkilən şəxs ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkmiş vətəndaşların siyahısında da yer alıb.

Zaur Abıyevin zərərçəkmiş şəxs kimi məhkəməyə verdiyi ifadə də mətbuatda yayımlanıb. Zaur Abıyevin verdiyi ifadədə bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıblar.

Onun sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib. Vəkillərin sualları zamanı aydın olub ki, Zaur Abıyev saxlanılan gün sözügdən bankda onun adına nağd pul verilməyib və həmin hesabda olan vəsait tamamilə başqa insanın adında olub.

Bu epizod üzrə ifadə verən digər zərərçəkmiş Elton Cəfərli “Elnur-2” şirkətində memar işlədiyini və həmin gün, sadəcə olaraq, avtomobili idarə etdiyini bildirib. Puldan xəbəri olmadığını deyib.

“Elnur-2” şirkətinin mühasibi Xuraman Əliyeva isə ifadəsində deyib ki, həmin gün Zaur Abıyev banka gedərək, hesabda olan 620 min manat pulu təchizatçıların hesablarına köçürməli idi və nağd pulun bankdan çıxarılması ilə bağlı göstəriş olmayıb.

Zaur Abıyev həm də “Birlik-3A” MMC-nin qanuni təmsilçisidir. Bu şirkətin nizamnamə kapitalı isə 50 manatdır. Zaur Abıyevin qanuni təmsilçisi olduğu bu şirkətlər iri məbləğli dövlət satınalmalarının qalibi olub.

Dövlət satınalmalarında Niyaz Abıyevin şirkətlərinə yaşıl işıq yandırılması təsadüfi deyil. Onun atası Niyaz Abıyev 2009-2014-cü illərdə Gəyəçöl kənd bələdiyyəsinin sədri olub. Qardaşı Xudayar Rəhimov isə Masallıda “tender kralı” kimi tanınır. O, “Elnur-2” şirkətinin sahibidir. Xudyar Rəhimov bu şirkətin rəhbəri kimi Koronovirusla Mübarizə Fonduna 10 000 AZN köçürüb.

Xudayar Rəhimov Masallının keçmiş icra başçıları Qəzənfər Ağayev və Rafil Hüseynovun dövründə özünü rayonun səlahiyyətli şəxslərindən biri kimi aparıb. Mediada gedən təkzib olunmamış materiallara əsasən Xudayar Rəhimovun hətta yerli idarəetməyə də təsir imkanları olub.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Təbrizin yeni fars valisinə "türk şilləsi" – SEPAH generalının təqdimat mərasimində skandal - Video

Putin Qazaxın kəndlərini nəzərdə tutur? - Bakı ilə irəvan hansı əraziləri dəyişdirə bilər? - Video

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Dostlarının üz döndərdiyi, adı qalmaqallarda hallanan Xalq artisti haqqında bilinməyənlər - Foto

Canəli Əkbərovun evindən görüntülər hər kəsi kövrəltdi - Video

Dünyanın ən bahalı qidası: Kilosu 11 min dollara satılır - Video 

Ortada yeyib, qıraqda gəzən Oqtay Əsədovun Eldar Mahmudovun qapısından böyük biznesə açılan yolu

“Dedi, ana, Elçini Rövşən Əkbərov öldürdü, məni də ağzımdan vurdu...” - Qətlin yeganə şahidi

Azərbaycanlı məşqçi həbs edildi - Seksual zorakılıqda ittiham olunur

Qiyamət günü Allah yanında ən ali məqama bu insanlar malikdir

İrandan Ərdoğanın açıqlamasına reaksiya: “Etnik xalqlardan qorxmaq...”

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay