Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“....manata basqılar artacaq” - İqtisadçıdan proqnoz

Neftin qiymətinin düşməsi davam edərsə, büdcənin icrasında ciddi kəsir yarana bilərmi və bu ölkəmizim iqtisadiyyatının hansı sahələrinə təsir edə bilər?..

İqtisadçı-ekspert: “Neft qiymətlərində kəskin enməyə səbəb Çində olan virus hadisəsidir”.

“Əgər neftin qiyməti uzun zaman aşağı həddə qalsa, yeni seçiləcək parlamentin may ayında büdcəyə yenidən baxmasının şahidi ola bilərik”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli neftinin qiymətinin düşməsinin səbəblərini və bunun nəticələrini PİA.az-a şərh edərkən bildirib.

Dünya bazarlarında Brent Grude neftinin qiyməti 54 dollara düşüb. Nymexs markalı neftin qiyməti isə 49,9 dollar təşkil etdi. Bu o deməkdir ki, neft qiymətləri üzrə həyəcan təbili çalınır.

Bu kəskin qiymət düşməsini nəylə əlaqələndirmək olar və yaxın zamànlar üçün vəziyyəti necə proqnoz etmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Tramp adminstrasiyası və onun komandası çalışacaq ki, iqtisadi və siyasi alətlərdən istifadə edərək noyabra qədər neftin qiymətinin belə aşağı qalmasına şərait yaratsın”.

Artıq OPEC və Rusiyanın danışıqlara başladığını bildirən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, onlar neftin qiymətinin enməməsi üçün müəyyən addımlar atmaq istəyirlər. Amma suni yolla neftin qiymətini uzun zaman yüksəkdə saxlamaq da mümkün deyil:

“Neft qiymətlərində kəskin enməyə səbəb təbii ki, Çində olan virus hadisəsidir. Çinin mal dövriyyəsinin dünya ticarətində azaldılması, turizm səfərlərinin 15 faizə qədər azalması baş verib. Hətt turizm səfərlərinin bundan sonra daha 20 faiz azalması gözlənilir. Çünki dünyada insanların turizmə marağı azalır. Artıq Avropada və ABŞ-da da bu virusun izlərinə rast gəlinib. Bu da insanların səyyahət etmək istəklərini ertələməyə məcbur edir.

Neft məhsullarının istehlakının azalması təlabatın da azalmasına səbəb olur. Bu gözləntilər çərçivəsində də neftin qiymətində kəskin ucuzlaşma baş verdi. Cəmi bir ay bundan öncə İran-ABŞ gərginliyi ilə neftin qiyməti 71 dollara qədər qalxmışdı. İndi isə neftin qiyməti 55 dollar civarındadır. Yəni neftin qiymətində 16 dollar enmə müşahidə olunur.

Natiq Cəfərli: “Bundan sonra hər şey Çində yayılan virusun yayılmasının qarşısının alınmasından asılı olacaq”.

Bundan sonra hər şey Çində yayılan virusun yayılmasının qarşısının alınmasından asılı olacaq. Bu virusdan dünyada ölənlərin sayı 500-ə yaxınlaşır və virusa yoluxanların sayı da 20 mini keçib. Əgər bu rəqəmlər minlərlə, onminlərlə olacaqsa, bu zaman neftin qiymətində ciddi enmələrin şahidi olacağıq. Artıq OPEC və Rusiya danışıqlara başlayıb. Onlar neftin qiymətinin enməməsi üçün müəyyən addımlar atmaq istəyirlər. Amma suni yolla neftin qiymətini uzun zaman yüksəkdə saxlamaq da mümkün deyil.

Daha bir qlobal trend ondan ibarətdir ki, bu il ABŞ-da prezident seçkiləri keçiriləcək. ABŞ-da seçicilərin daxili siyasətdə ən çox önəm verdiyi məsələlərdən biri benzin qiymətləridir. Tramp prezident seçildikdən sonra benzin qiymətlərində ciddi artım olmuşdu. Obamanın dövründə isə benzin qiymətləri son 10-15 ildə ABŞ tarixində ən aşağı səviyyədə idi. Tramp adminstrasiyası və onun komandası da çalışacaq ki, iqtisadi və siyasi alətlərdən istifadə edərək noyabra qədər neftin qiymətinin belə aşağı qalmasına şərait yaratsın. Bu da benzinin qiymətini aşağı salacaq və nəticə etibarı ilə ABŞ seçicilərinin daha çox Trampa yönəlməsinə səbəb olacaq”.

Eyni zamanda iqtisadçı-ekspert neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına edə biləcək təsirlərindən də danışıb.

Xatırladaq ki, Azərbaycanın 2020-ci il üçün büdcəsində neftin qiyməti 55 dollardan hesablanıb. Neftin qiymətinin düşməsi davam edərsə, büdcənin icrasında ciddi kəsir yarana bilərmi və bu ölkəmizim iqtisadiyyatının hansı sahələrinə təsir edə bilər?

Sualımıza cavab olaraq iqtisadçı-ekspert bildirib ki, əgər aylarla neftin qiyməti aşağıda qalarsa, bu təbii ki, Azərbaycanın bütün makroiqtisadi göstəricilərinə - manatın məzənnəsinə, xarici ticarət dövriyyəsinə ciddi mənfi təsir göstərəcək:

“Əslində hələlik təhlükəli hədd deyil. Çünki hələ ki, Azərbayacan üçün neftin qiyməti 60 dollardan yuxarıdır. Amma bu trend davamlı şəkildə gedərsə, yəni aylarla neftin qiyməti aşağıda qalarsa, bu təbii ki, Azərbaycanın bütün makroiqtisadi göstəricilərinə - manatın məzənnəsinə, xarici ticarət dövriyyəsinə ciddi mənfi təsir göstərəcək. Bizim satdığımız məhsulun dəyəri aldığımız məhsulun dəyərindən daha az olacaq. Yəni biz daha çox alacağıq və ölkədən daha çox valyuta çıxacaq. Bunun nəticəsində də manata basqılar artacaq. Manata təzyiqin artması da makroiqtisadi göstəricilərin pisləşməsinə səbəb ola bilər.

Natiq Cəfərli: “Azərbayacan hökuməti müəyyən addımların atılmasına məcbur qalacaq”.

Nəticə etibarı ilə Azərbayacan hökuməti müəyyən addımların atılmasına məcbur qalacaq. Həmçinin büdcəyə dəyişikliklərin olması ehtimalı da var. Əgər neftin qiyməti uzun zaman aşağı həddə qalsa, yeni seçiləcək parlamentin may ayında büdcəyə yenidən baxmasının şahidi ola bilərik. Büdcədə müəyyən dəyişikliklər ola bilər. Bunun nəticəsində də manatın az da olsa, ucuzlaşması ilə bağlı qərarların verilməsi gözləniləndir.

Bir daha təkrar edim ki, əgər neft qiyməti bundan da aşağı düşəcəksə, bu müəyyən qərarların verilməsinə səbəb olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: manat neft


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar