Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

"Zelenski Moskvadan heç nə ala bilməyəcəyini anladı və.."- “Le Monde” yazır

Mayın 11-də Ukrayna Baş prokuroru İrina Venediktova bəyən edib ki, iki rusiyapərəst deputat - Viktor Medvedçuk və Taras Kozak dövlətə xəyanatdə ittiham olunurlar.

66 yaşlı Viktor Medvedçuk ölkənin ən nüfuzlu şəxslərindən biridir. Varidatı 620 milyon dollar miqdarında dəyərləndirilən bu oliqarx parlamentdəki böyük müxalifət fraksiyasının - “Müxalifət platforması-Həyat uğrunda” Partiyasının lideridir.

O, həmçinin Putin ailəsinin dostu, daha doğrusu, Rusiya Prezidentinin qızının xaç atasıdır. Rusiya Prezidentinin Ukraynadakı qeyri-rəsmi nümayəndəsi hesab edilən Medvedçuk daim Kiyevi Donbasdakı müharibəni dayandırmaq üçün heç nə etməməkdə günahlandırıb.

Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, onların əlində “iki deputatın təcavüzkar ölkəylə qeyri-qanunu əməkdaşlıq etdikləri barədə əsaslı sübutları” var və buna görə də Medvedçukun Kiyevdəki iki dəbdəbəli villasında və həmçının onun ofisində axtarış aparılıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Medvedçuk Vladimir Putin administrasiyası rəhbərinin müavini Dmitri Kozaka məxfi informasiyalar ötürürmüş. O, separatçılara qarşı vuruşan Ukrayna ordusunun yerləşdiyi mövqelər barədə Rusiya tərəfini məlumatlandırmaqda ittiham olunur.

Aktivlərin dondurulması, telekanlların bağlanması

İttiham materialları ilə tanış olmaq üçün prokurorluğa gələn və baş verənləri siyasi repressiya adlandıran Viktor Medvedçuk deyib: ”Bu, absurddur! Mən gizlənməyə çalışmıram, müdafiə olunmağa hazıram, çünki özümü günahkar hesab etmirəm”.

Təqsirləndirilən digər şəxs - Taras Kozak isə ona qarşı irəli sürülən ittihama heç bir reaksiya göstərməyib. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına əsasən hazırda Taras Kozak Rusiyadadır və geri qayıtmağı planlaşdırmır.

Yeni ittihamlar Kiyevin Rusiyanın bu ölkəyə təsir imkanlarına qarşı mübarizəyə hazır olduğundan xəbər verir. Hazırda yaşananlar hələ üç ay bundan öncə Viktor Medvedçuka qarşı başlanmış geniş kampaniyanın yalnız bir hissəsidir.

Fevralda Kiyev onun maliyyə aktivlərini dondurmuş və üç televiziya kanalını bağlamışdı. Bu televiziya kanalları formal şəkildə Taras Kozaka məxsus olsalar da, faktiki olaraq Medvedçukun nəzarəti altındaydı.

Ukrayna hakimiyyəti həmçinin, bu oliqarxın ən qiymətli aktivlərindən biri olan 1433 kilometrlik qaz boru kəmərinin milliləşdrilməsinə göstəriş verib.

Strategiyanın dəyişməsi

Ukraynada heç kim Vladimir Zelenskinin prezidentliyi dövründə Vladimir Putininin yaxın adamının yaxalnacağını gözləmirdi.

“Atlantic Council”-in Ukrayna üzrə müxbiri Piter Dikinson deyir: ”Uzun illərdir insanlar sual verirlər ki, axı, bu adamı nə üçün həbs etmirlər. Onlar bunun məhz Zelenski hakimiyyəti dövründə baş verməsinə çox təəccübləniblər”.

Donbasa sülh gətirilməsi üçün Rusiya ilə açıq dialoqun mümkünlüyünə inanan Ukrayna Prezidenti Volodimir Zelenski öz hakimiyyətinin ilk vaxtlarında Medvedçuka münasibətdə barışdırıcı əhaval-ruhiyyədəydi.

Ancaq Zelenski Moskvadan heç nə əldə edə bilməyəcəyini anlayandan sonra onun bu xüsusdakı strategiyası və münasibəti kəskin dəyişdi.

Piter Dikinson deyir: ”Medvedçuka edilən hər bir hücum Putinin əleyhinə çıxmaq anlamına gəlir. Bununla da Ukraynanın ideyası aydındır. Bu, biz müharibə vəziyyətindəyik, Rusiya bizim düşmənimizdir, deməkdir”

Apreldə 100 min Rusiya hərbçisinin Ukrayna sərhədinə toplaşmasından sonra Ukraynanın xəbərdarlığı daha ucadan səslənir.

Kreml Medvedçukla bağlı məsələni diqqətdə saxlayacağını bildirməklə yanaşı, deputata qarşı həyata keçirilən təqibdə siyasi motivin və ya siyasi rəqibdən yaxa qurtarmaq cəhdinin olmadığına əmin olmaq istəyir. Bundan başqa, Kreml Ukraynanın daxil işlərinə qarşımadığını da qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, ukraynalı deputat Rusiyadan sığınacaq istəməyib.

Günahları sübut olunduğu təqdirdə, Viktor Medvedçuku və Taras Kozakı 15 il azadlıqdan məhrum edilmə cəzası gözləyir.

(“Le Monde” – (Fransa) Tərcümə: “AzPolitika.info”)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Danışa bilmir” deyilən Əkrəm Əylislidən açıqlama

“Bizim problemimizi ancaq Putin həll edə bilər...”

Qanı batırılan və unudulan vəkil - İlham Rəhimovun verdiyi vədin sonu nə oldu?

Yenə EGE Hospital: 8 iznsiz əməliyyat, klebsiella mikrobu, 80 min ziyan, koma...

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Rusiya düşməndirsə, o zaman 3+3 platforması necə qurulacaq?

Ən çox oxunanalar