Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Yolverilməz və ləyaqətsiz adamdır..." - "Ramiz Mehdiyev intellektual səviyyədə deyil..."

"Əlbəttə, mən Kərim Şükürov kimi Azərbaycanın milli tarixinin ən müxtəlif səhifələrini tədqiq eləmiş, bu barədə kitablar yazmış, monoqrafiyalar ortaya qoymuş tarixçinin ölkənin əsas elmi-təqdiqat müəssisəsi olan AMEA Tarix İnstitutundan istefa verməsinə çox təəssüflənirəm".

Bu sözləri "AzPolitika.info"-ya açıqlamasında professor Qulu Məhərrəmli tarix elmləri doktoru, professor Kərim Şükürovun istefasına münasibət bildirərkən deyib.

Xatırladaq ki, görkəmli alim istefasına səbəb kimi AMEA prezidenti Ramiz Mehdiyevin elm ocağında yaratdığı dözülməz mühiti əsas gətirərək, Tarix İnstitutundan, ümumiyyətlə AMEA-dan getdiyini bildirib: "Tarix İnstitutuna rəhbərlik etdiyim bir ildən az müddət ərzində bir dəfə də olsun məni dəvət edib İnstitut haqqında müzakirə aparmayıb. Fəsadlarını indi də yaşadığım COVİD-i ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb. Onun belə bir qeyri-professional və qeyri-humanist idarəçiliyini bir tərəfə qoyuram. O, vəzifəsinə uyğun olaraq heç olmasa, Tarix İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumayıb".

Tarixçi alim təəssüflə qeyd edib ki, AMEA-nın prezidenti Milli Akademiyanın rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoqla deyil, məişət səviyyəli intriqalarla məşğul olur və onu Akademiyanın gündəminə çevirir.


Q.Məhərrəmli bildirir ki, əslində Kərim Şükürov bu vəzifəyə təyin olunanda, nəhayət, tarix elmini ideologiyadan, kənar təsirlərdən ayırıb, "milli relsə" salacağına ümidlər yaranmışdı: "Çünki bu işlər professor Kərim Şükürovun imkanları daxilindədir, o, qısa müddətdə Tarix İnstitutunda xeyli işlər görüb. Bu dövrdə Cümhuriyyətin tarixi, orta əsrlər dövrü ilə bağlı həyata keçirilən qiymətli işləri danmaq olmaz. Kərim Şükürov bu prosesə yeni axın, yeni istiqamət verə bilmişdi. Amma indi onun bəyanatından belə məlum olur ki, apardığı işlər, elmi istiqamətlər, tədqiqatlar, görünür, Akademiya rəhbərliyini maraqlandırmır. Kərim Şükürovun dediyi kimi, Ramiz Mehdiyev intellektual səviyyədə deyil, çox təəssüf ki, məişət səviyyəsində düşünən, bu məsələlərə də o cür yanaşan və onu bir tərzə çevirən rəhbərdir".

Professorun sözlərinə görə, bu hadisə onu göstərir ki, vicdanlı, dürüst, elmli, ləyaqətli adamlar üçün belə mühitdə işləmək çox çətindir. "Kərim Şükürov şəxsiyyət etibarı ilə böyük miqyaslı insandır, onun kimi hər cür dialoq tərəfdarı olan, öz intellekti ilə bu millətin ictimai düşüncəsinə fayda verən bir adamı bu şəkildə pisikdirib istefa verməyə məcbur etmək yolverilməz və ləyaqətsiz addımdır", - Q.Məhərrəmli vurğulayıb.

Professorun fikrincə, bu hadisə həm də onu göstərir ki, Akademiyada milli, mənəvi, psixoloji mühit nə qədər çirklənib, Ramiz Mehdiyev ora gələndən bu sahədə problemlər xüsusilə artıb: "Əvvəllər də belə problemlər çox idi, sadəcə indi üzə çıxır. Hər halda, baş verənlər bizi Akademiya, oradakı mənəvi mühit haqqında, Azərbaycan elminin sabahı, gələcəyi, təsadüfi adamların akademik vəzifə tutması ilə bağlı düşünməyə vadar edir. Çünki bütün çirkabların içində həqiqi alimlər, onların planları, millət üçün potensial imkanları əriyib gedir. Ona görə də biz bu hadisələrdən ciddi nəticə çıxarmalıyıq".

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar