Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Yad dilində ibtiadi təhsil genetikanı məhv edir!" - Sabiq təhsil naziri

"Dağ başından gəlib övladını rus bölməsinə qoyan valideyin onu bədbəxt edir"

Uşaq ilkin ibtidai təhsilini hansı dildə almalıdır, ana dilində, yoxsa hansısa xarici dildə? Bu barədə çox danışlır, yazılır, bir sözlə, hələ də mübahisə pedmetidir.

Yenə rus dili, yoxsa ana dili? - mövzusu aktualdır və sosial şəbəkələrdə fikirlər haçalanır.

Bir kəsim fikrini onunla əsaslandırır ki, ana dilində ibtidai təhsil almayan uşaq azərbaycanlı olmayacaq. O, Mirzə Cəlili, Sabiri, Seyid Əzimi bilməyəcək. Onun üçün ədəbiyyat Puşkinlə başlayıb Blokla davam edəcək. Öz dilini bilməyən öz tarixini bilməz, öz tarixini bilməyən insan isə heç vaxt vətənpərvər yetişməz.

İkinci tərəf isə o fikirdədir ki, ana dilimizdə lazımi qədər ədəbiyyat, arxiv, mənbə yoxdur. Uşağın hərtərəfli yetişməsi üçün rus dilində təhsil alması lazımdır.

Yazıçı-publisist İlqar Əlfioğlu "Bizim.Media"-ya bildirib ki, uşağın hansı dildə təhsil alması onun savadlı olub - olmamasına dəlalət etmir: “Mən rus bölmələrinin bağlanmasının əlehinəyəm. Sadəcə olaraq, Azərbaycan bölmələrində təhsilin səviyyəsini qaldırmaq lazımdır ki, valideyinlər bu dildə təhsilə üstünlük versinlər. Demək istəmirəm ki, rus bölmələrində təhsil daha keyfiyyətlidir, elə deyil. Əksinə, son vaxtlar rus bölmələrində təhsil alıb təhsilsiz qalan gənclər tanıyıram. Məsələ ondadır ki, elə bir fikir formalaşıb ki, guya rus bölmələrində təhsil daha keyfiyyətlidir.

Bir məsələyə də diqqət çəkmək istəyirəm, övladlarını rus bölmələrinə qoyan valideyinlərin özünün rus dili səviyyəsini yoxlamaq lazımdır. Dağ başından gəlib övladını rus bölməsinə qoyan valideyin onu bədbəxt edir. Axı, özü o dili bilmir, uşağa heç bir yardım göstərə bilməyəcək. Uşaq bilmədiyini ondan öyrənməlidir axı”.

Keçmiş təhsil naziri Misir Mərdanovun fikrincə isə uşaq ilk təhsilini doğma ana dilində almalıdır, bunun niyəsi yoxdur: “Bunu yalnız mən demirəm, Uşunskidən tutmuş, bütün pedaqoqlar hesab edirlər və haqlıdırlar ki, uşaq ilk təhsilini ana dilində almalıdır. Ana dilində təhsil almayan uşaq təkcə dilindən deyil, folklorundan, mədəniyyətindən, milli kimliyindən uzaq düşür.

Qalan bütün dilləri sonradan da mənimsəmək mümkündür, ana dili isə sonradan mənimsənməz, insanın qanından, genindən gələr. Biz uşağı ibtidai təhsilə başqa dildə yönləndirəndə isə o genetikaya təsir göstərmiş oluruq, uşağı kökündən yayındırırıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar