Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Torpaqlarımızı alıb gəlmişik, öz torpağımı zəbt ediblər" – Özünü yandırmağa cəhd edən qazi ilə bağlı açıqlama - Video

"Torpaqlarımızı alıb gəlmişik, öz torpağımı zəbt ediblər. Tanımadığım insanlar gəlib icra hakimiyyətindən, Xocəsən bələdiyyəsindən icazə alaraq, orada qanunsuz tikili ucaldıblar. Halbuki, o torpaq mənimdir".

Bu sözləri, ötən gün Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd edən İkinci Qarabağ və Aprel döyüşlərinin iştirakçısı Şahid Şahlarzadə "aztimes.az"a deyib. O bildirib ki, dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə də müraciət etsə də, heç bir tədbir görülməyib: "Polis orqanları, Xocəsən bələdiyəsi, icra orqanları torpağımı zəbt edənlərin tərəfini saxlayır".

Daha sonra Şahid Şahlarzadə ona məxsus olan torpaq sahəsinin zəbt edilməsi ilə bağlı müraciətlərinin cavabsız qalmasına etiraz olaraq, yanında gətirdiyi yanıcı maddə ilə özünü yandırmağa cəhd edib. Hadisə yerinə gələn Binəqədi rayon polis əməkdaşları ona mane olublar və qazi 4-cü polis bölməsinə dəvət edilib. O ifadəsi alınaraq sərbəst buraxılıb.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən açıqlama verilib və bildirilib ki, Ağsu rayonunun Ərəbsərvan kəndində qeydiyyatda olan Şahlarzadə Şahid Şahzadə oğlu Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən bir neçə dəfə qəbul edilib və dinlənilib:

"Vətəndaş tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı müəyyən edilib ki, Xocəsən Bələdiyyəsinin 07/27 saylı, 11.05.2005-ci il tarixli Qərarına əsasən İsrafilov Halay Adil oğlu, ona ayrılmış 600 kv.m torpaq sahəsi ilə bağlı səlahiyyətlərini, onun adından sənədləşmə işlərinin aparılması məqsədi ilə Qarayeva Gülbari Mirhəsən qızına etibar edib.

G.Qarayeva isə 12 mart 2021-ci il tarixdə Halay İsrafilovun adından torpaq sahəsinin sənədləşdirilməsi işlərinin aparılması məqsədi ilə səlahiyyətlərini Şahlarzadə Şahid Şahzadə oğluna etibar edib.

Araşdırma nəticəsində məlum olub ki, Şahlarzadə Şahid Şahzadə oğlunun iddia etdiyi torpaq sahəsi Binəqədi rayonu, Hökməli qəsəbəsinin sakini Həsənağa adlı şəxs tərəfindən qanunsuz zəbt edilməklə tikinti işlərinin aparılmasına cəhd göstərilib və yerli səviyyədə nəzarət tədbirləri zamanı qarşısı alınıb.
Hal-hazırda, Həsənağa adlı şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsi faktı ilə və vətəndaş Ş. Şahlarzadənin müraciəti əsasında Binəqədi Rayon Polis idarəsinin 40-cı Polis Bölməsində ilkin araşdırma aparılır".(yeniavaz.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar