Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Təxminən bir ay, ay yarım sonra 3-cü dalğa gəlir" - İddia

"Fevralın 15-dən etibarən başqa siniflərin də əyani təhsilə başlaması uşaqların evdə oturmağından yaranan problemlərin həllinə çox kömək edəcək".

PİA.az xəbər verir ki, bunu açıqlamasında psixiatr Fuad Bəşirov deyib. O bildirib ki, əgər vaksinləşmə prosesi sürətlənərsə koronavirusun üçüncü dalğası ölkəmizdə nisbətən yüngül keçər:

"Yumşalmalardan sonra dərslərin açılması, insanların işə gedib gəlməyi həm maddi qazancları baxımından, həm sosial aktivliyin yaranmağı baxımından çox yaxşı təsir edəcək. Amma təbii ki, bir tərəfdən də COVİD-in üçüncü dalğasının Avropada başlamasına əsasən deyə bilərəm ki, təxminən bir ay, ay yarım sonra o dalğaları biz də öz ölkəmizdə yaşayacağıq. Dolayısı ilə üçüncü dalğaya da hazırlıqlı olmağımız lazımdır.

Qaydaların ortadan qalxmağı, insanların əvvəlki həyat şəraitinə qayıtmağı psixi problemlərin yaranma ehtimalını azaltmış olacaq. Nə qədər ki, sosial olacağıq, nə qədər ki, daha rahat istədiyimiz yerə gedib gələ biləcəyik, o qədər də təşvişimiz, həyəcanımız daha az olmuş olacaq. Bunlar insanların əhval-ruhiyyəsinə yaxşı təsir edən qərarlardır. Amma bu gerçəyi də yaddan çıxartmamaq lazımdır ki, hazırda Avropada üçüncü dalğa tüğyan edir. Böyük ehtimalla bizdə də o problem yaranacaq.

Əgər vaksinləşmə prosesi sürətlənərsə, insanlar qorxmadan bu prosesdə iştirak edərlərsə, təbii ki, bizdə gedişat daha yaxşı olar deyə ümid edirəm". (Milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar