Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"TAP kəməri 25 il Azərbaycandan Avropaya qaz təchiz etməyə imkan verəcək" - BP

BP bir səhmdar şirkət olaraq, Azərbaycanın və digər aidiyyətli hökumətlərin, Avropa Komissiyasının, dövlət və özəl sektordan olan maraqlı tərəflərin və bir sıra beynəlxalq maliyyə qurumlarının Cənub Qaz Dəhlizinin işlənməsi, tikintisi və Avropaya qaz nəqli komponentlərinin birləşdirilməsi üçün uzun müddətli səylərinin uğurla başa çatması haqqında Trans-Adriatik Boru Kəmərinin (TAP) dünənki açıqlamasını alqışlayır.

“Report”un məlumatına görə, bu barədə "BP-Azərbaycan"ın TAP-la bağlı açıqlamasında bildirilir.

Məlumata görə, TAP-ın və bu ilin noyabr ayında “Snam Rete Gas” tərəfindən başa çatdırılması planlaşdırılan birləşdirici boru kəmərinin istismar sınaqları “Şahdəniz” konsorsiumuna imkan verəcək ki, Azərbaycandan İtaliya, Yunanıstan və Bolqarıstandakı müştərilərə 25 il müddətinə təbii qaz təchizatına planlaşdırıldığı kimi 2020-ci ilin sonunadək başlamaq üçün son işləri yekunlaşdırsın.

Açıqlamada deyilir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə biz təxminən 3 500 km uzunluğunda olan Cənub Qaz Dəhlizi dəyər zəncirinin bütün nəql komponentlərinin səhmdarı olmaqdan qürur duyuruq: “Bu yeni qaz nəqli sistemi Azərbaycan Respublikasına imkan verəcək ki, alternativ enerji mənbəyi təmin etməklə Gürcüstanın, Türkiyənin və Avropa ölkələrinin enerji təklükəsizliyinin güclənməsinə bundan sonra da töhfələr versin”.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə ilə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulacaq TAP Yunanıstan, Albaniya əraziləri, Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.

2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın 2020-ci ilin sonlarında nəql ediləcəyi gözlənilir. TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.

pia.az 


Etiket: TAP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar