Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Sədərək Yusif" in oğlunun evi qarət edildi - 803 min manatlıq pul və qızıl...

"Sədərək Yusif" in oğlunun evi qarət edildi...

Bakı Ağır Cinayətlər Məhkəməsində "Sədərək" ticarət mərkəzinin sahibi Yusif Qədimovun oğlu Orxan Qədimbəylinin evindən oğurluq etməkdə təqsirləndirilən Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

PİA.az Trend-ə istinadən xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili Günay İsmayılova vəsatət qaldıraraq müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Vəsatət təmin olunmayıb.

Məhkəmə baxışı dekabrın 20-nə təyin olunub.

İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəlinin Səbail rayonu ərazisində yerləşən evində xadimə işlədiyi müddətdə mənzildən qızıl-zinət əşyalarını və nağd pul vəsaitlərini oğurlayıb. Nəticədə Orxan Qədimbəyli və Fəridə Qədimovaya ümumilikdə 803 min 118 manat ziyan dəyib.

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində ehtiyacı olduğu üçün oğurluq etdiyini deyib. O, oğurladığı pul və qızıl-zinət əşyalarının miqdarının 803 min 118 min manat deyil 217 min manat olduğunu bildirib. Həmin əşyaları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb. İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Oğurluq əşyalar polis tərəfindən tapılaraq sahiblərinə qaytarılıb.

İstintaq orqanı tərəfindən Ruzan Cabbarova Cinayət Məcəlləsinin 177.4 (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.

pia.az 


 
 


Etiket: Məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ən çox oxunanalar