Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rusiyanın qonşusuna qarşı hərbi müdaxiləsinə çox, çox çətin edəcək təşəbbüslər hazırlayırıq..."

ABŞ prezidenti Cozef Bayden deyib ki, Rusiyanın qonşusu Ukraynaya qarşı hərbi eskalasiyasını “çox, çox çətin” edəcək təşəbbüslər hazırlayır.

Bundan az əvvəl Kiyev Rusiyanın Ukrayna sərhədlərinin yaxınlığında böyük hərbi qüvvə toplamasından və onun gələn ay mümkün hücumdan narahatlığını bildirmişdi.

ABŞ prezidentinin xəbərdarlığı Rusiya rəsmilərinin Bayden və Rusiya prezidenti Vladimir Putin arasında videodanışıqların yaxın günlərdə gözlənildiyini bildirdikləri vaxta təsadüf edib. Bayden deyib ki, o hazırda onun qənaətinə görə “cənab Putinin adamların qorxduğu addımı atmasını çətin, son dərəcə çətin edəcək ən geniş və ən mənalı təşəbbüslər paketi hazırlayır”.

Bayden jurnalistlərə bildirib ki, onun administrasiyası vəziyyətlə bağlı Ukrayna və Avropa müttəfiqləri ilə daimi əlaqədədir. Bundan əvvəl Rusiyanın Ukraynaya yaxın bölgələrdə 90 minədək əsgəri qüvvə topladığı xəbər verilmişdi.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasına müdaxilə edib. Bunun ardınca yarımada ilhaq olunub və Ukraynanın şərqində rusiyayönlü separatçılıq baş qaldırıb.

NATO və Qərb liderləri bundan əvvəl dəfələrlə Rusiyanın hərbi eskalasiyanı artırmasının nəticələri barədə xəbərdarlıq ediblər. Dekabrın 3-də Ukraynanın müdafiə naziri Aleksey Reznikov millət vəkillərinə deyib ki, kəşfiyyat Rusiya tərəfindən geniş hərbi eskalasiyanın baş verə biləcəyini bildirib. Nazir parlamentdə etdiyi çıxışda deyib ki, kəşfiyyat belə bir eskalasiyanın yanvarın sonlarında ola biləcəyi qənaətindədir.

O bildirib ki, hərbi eskalasiya təhlükəsinin azaldılmasının ən münasib yolu “müttəfiqlərlə işləmək və mümkün təcavüzün təcavüzkara baha başa gəlməsinə çalışmaqdır”. (virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar