Çərşənbə axşamı, 24 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Rusiya istənilən an bir-bir o "minaları" partlada bilər" - Natiq Cəfərli

"Orta Asiya qaynayır, yaxın gələcəkdə Dünyanın ən “qaynar” nöqtələrindən biri məhz Orta Asiya olacaq. Rus İmperiyası və onun təbii, hətta ideoloji uzantısı olan SSRİ İmperiyası o bölgədə o qədər etnik və ərazi “minaları” basdırıb ki, istənilən an bir-bir o “minaları” partlada, sonra da oralarda yeganə moterator, hakimi-mütləq olduğunu göstərə bilər".

PİA.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, xəritəyə diqqətlə baxın, basdırılan “minalara”, şeytani ağlın məhsuluna fikir verin – Orta Asiya Respublikaları ərazisində 8 anklav var: "“Sox anklavı” – Qırğızıstan ərazisində Özbəkistana məxsus ən böyük anklavdır, 60 min əhali yaşayır, amma ən qəribəsi budur ki, orada yaşayanların mütləq əksəriyyəti etnik tacikdirlər. Yəni, Qırğızıstan ərazisində, Özbəkistana məxsus taciklər yaşayan anklav – dediyim kimi, şeytani ağlın məhsulu ancaq belə ola bilərdi; “Vorux anklavı” – Qırğızıstanda 130 km2 ərazisi, 35 min əhalisi olan, Tacikistana məxsus anklavdır; Daha kiçik sahəsi və azsaylı əhalisi olan anklavlar da var: Tacikistana məxsus Karakçay anklavı Qırğızıstanda, Sarvak anklavı isə Özbəkistanda var, Qırğızıstanın isə Özbəkistan ərazisində Barak anklavı var, Özbəkistanın isə Qırğızıstan ərazisində Canqayıl, Çon-Qara və Şahmərdan anklavları var – bir daha, belə qarışıq anklavlar sistemini yaradıb “minalar” basdırmaq ancaq şeytani düşüncənin ağlına gələ bilərdi. Basdırılmış “minalar” istənilən an partladıla bilir, artıq dəfələrlə belə olub, təəssüf ki, olacaq da – Rusiya istənilən an orada vəziyyəti qarışdıra, özü də ağ at belində “xilaskar” kimi görsənə bilər".

"Sual verə bilərsiniz ki, axı Orta Asiya Respublikaları Kremlin sözünə qulaq asır, üzüyoladırlar, nədən Kreml gərginlik yaratsın ki?! İlk baxışdan məntiqli sual olsa da, dərindən analiz edəndə tam da elə deyil: Qırğızıstan xalqı vəı hakimiyyəti son Qazaxstan hadisələrindən çox narazı qaldılar, hətta “KTMT”-nin online toplantısına Qırğızıstan prezidenti qatəılmadı – bu Kremlin gözündən yayına bilməzdi; Özbəkistan bəyan etdi ki, “KTMT”-yə qatılmayacaq, belə bir niyyəti yoxdur – bu da Putinin xoşuna gəlmədi; Keçən ilin sonunda İstanbulda Türki Dövlətləri Təşkilatının təsis edilməsi, Orta Asiya Türk Respublikalarının orada aktiv iştirakı da Kremldə ciddi qıcıq doğurub, oraların tək sahibi olduğunu hər fürsətdə göstərməyə çalışacaq; Daha bir maraqlı detal, Çin faktoru da var – Dünən baş tutan atışmalar və gərginlikdən cəmi 24 saat öncə Çinin Dövlət Başçısı yoldaş Si, Orta Asiya Respublikalarının rəhbərləri ilə online konfrans, görüş keçirib. Çinin o bölgəyə təsirləri sürətlə artır, ekspansiyası güclənir. Rusiya indi elə bir ağır durumdadır ki, Qərbə qarşı Çinə möhtacdır, ona görə də, açıq şəkildə Çinin o bölgənin “yumşaq istilasına” səsini çıxara, təbgi verə bilmir, birbaşa Çinə nəsə deyə, irad bildirə bilməyən Rusiya dünənki toqquşmalarla mesaj verə bilər ki, buralar mənim arxa bağçamdır, girməyin, milyardlarla yatırım etməyin, barıt çəlləyi partlaya, pullarınız bata bilər.Dünya tamam çivisindən çıxır-çıxacaq, başımızın çarəsinə qalmaq, dayanıqlı, institutsional Dövlət qurmaq zamanıdır. Qardaş Türkiyə ilə “de-jure” bağlanan ittifaqımızı daha üst nöqtəyə daşımalıyıq, illərdir dediyimiz kimi, ilkin addım olaraq Türkiyə ilə Hərbi Təlim Mərkəzlərinin yaradılmasına qərar verməliyik, Britaniya və İsrail ilə qurulmuş “de-facto” ittifaqların isə möhkəmləndirilməsi üçün yeni yollar tapmalıyıq..." - ekspert əlavə edib. (Pravda)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

İstanbulun mərkəzində atışma - Tanınmış Azərbaycanlı aktyor Türkiyədə qətlə yetirildi - Video, Yenilənib

Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı - Fotolar

“Bəs sən niyə boşanmısan, oturub içərdin də kişinin ayaq suyunu?!” - Aparıcıya sərt reaksiya

Aslan İsmayılov: “”Topaz”, “Poz, qazan” ailələri dağıdır, anaları, bacıları ağlar qoyur”

ADAU-da nəğmə müəllimi tarix fənnindən dərs deyir - Tələbələr prezidentə müraciət etdi...

Cahangir Əsgərovun həyat yoldaşı 5,3 min kvadrat metr sahəsi olan obyekt tikdirir - Fotolar

“Kiçik qığılcımın” yaratdığı böyük təhlükə – III Dünya Müharibəsi hər an başlaya bilər

"Chessable Masters": Şəhriyar Məmmədyarov mübarizəni dayandırıb

“Səfər dəhlizi”: Gömrükdə sensasion kosmetika əməliyyatı...

Ölkədə aparılan kadr islahatları... - Yeni kadrlar gözləntiləri doğruldurmu?

Ən çox oxunanalar