Bazar, 26 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Ramiz Mehdiyevlə heç bir bağlılığı yoxdur..." - AMEA-dan bəyanat

"Deputat Eldəniz Səlimovun akademik Ramiz Mehdiyevlə heç bir bağlılığı yoxdur və bu şəxsin AMEA prezidentinin dəstəyilə deputat mandatı alması haqqındakı fikirlər tamamilə absurddur".

"AzPolitika.info" xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin bugünkü açıqlamasında belə deyilir. Açıqlama AMEA-nın rəsmi saytında yayılıb.

"Son günlər bəzi KİV-lərdə Xaçmaz rayonundan Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş və polis əməkdaşına qarşı fiziki zor işlətdiyi üçün YAP sıralarından kənarlaşdırılmış, millət vəkili toxunulmazlığı ləğv edilmiş Eldəniz Səlimovun AMEA prezidenti, akademik Ramiz Mehdiyevlə guya yaxın münasibətlərdə olduğuna, onun tərəfindən dəstəkləndiyinə dair həqiqəti əks etdirməyən məlumatlar dərc olunmuşdur. İctimaiyyətin diqqətinə çatdırırıq ki, deputat Eldəniz Səlimovun akademik Ramiz Mehdiyevlə heç bir bağlılığı yoxdur və bu şəxsin AMEA prezidentinin dəstəyilə deputat mandatı alması haqqındakı fikirlər tamamilə absurddur. Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasının xəttilə 2015 və 2020-ci illərdə parlament seçkilərinin nəticələrinə əsasən Azərbaycan Milli Məclisinin deputatı olmuşdur. Görünən odur ki, bəzi maraqlı dairələr gündəmi dəyişmək, sensasiya yaratmaq və diqqəti ölkənin taleyüklü məsələlərindən yayındırmaq üçün cəmiyyətdə baş verən bütün xoşagəlməz hadisələri hər vəchlə AMEA prezidentinin ayağına yazmağa, onunla bağlamağa cəhd göstərirlər. Ancaq belə niyyətlərin baş tutması qeyri-mümkündür. Çünki Azərbaycan ictimaiyyəti kimin kim olduğunu yaxşı bilir", - AMEA-nın açıqlamasında bildirilir.

Qeyd edək ki, E.Səlomovun məhz Ramiz Mehdiyevin siyahısı əsasında mandat əldə etdiyi və hətta akademikin nəvəsinin toyunda iştirak etdiyi iddia olunur.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – Video

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi: Ruslar Ağdərədə erməni mövqelərini partladır?

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - Video

“Məhəbbət Vəliyeva 25-dən çox qohum və rəfiqəsini direktor təyin edib...” - Deputat

Əri ölən "Elif" uzun müddət sonra bu halda görüntüləndi - Foto

"İşçidə günah yoxdur, günah Operativ Qərargahdadır" - Natiq Cəfərli

Kəmaləddin Heydərov zabitlərin kirayə pulunu hələ də ödəməyib – Problem

Övladı əlil müəllimə: “Astara RTŞ-nin müdirinə 200 manat, 1 balon bal rüşvət verdim” - Video

ABŞ-dakı azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirirlər

Türkiyə ən müasir silahını təqdim etdi - Video 

Putinlə Şoyqunun Tayqa istirahətinin görüntüləri yayıldı

Ən çox oxunanalar