Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olan Elçin Babayevin əməllərinə hüquqi qiymət verilməlidir"

"Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin rektorluq fəaliyyətinindən 3 ildən çox keçib. Azərbaycan cəmiyyətində belə bir deyim: Vəzifəyə yeni gələn gedənin atasına rəhmət oxutdurur. Abel Məhərrəmovdan sonra rektor vəzifəsinə gətirilən Elçin Babayevdən böyük gözləntilər vardı. Düşünürdük ki, universitetdə rüşvət halları yığışdırılacaq. Deyir, sən gözləməyində ol, gör hələ nələr qarşına çıxacaq. Elə də oldu. Elçin Babayev və komandası Azərbaycanın 1 nömrəli universitetini ağlar günə qoydu. O vəziyyətə çatdıq ki, BDU Azərbaycanda artıq barmaqla sayılacaq universitetlər sırasında bəlkə də yoxdur".

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

A.Həmidli qeyd edib ki, BDU-da Rüşvət halları açıq şəkildə görünür: "Son günlər sosial mediada Bakı Dövlət Universitetinin müəlliminin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilir. Açığı təəccüblənmədim. Elçin Babayevdən nə gözləmək olardı ki?! Elçin Babayevin Universitetə gətirə biləcəyi yeganə "yenilik" yalnız və yalnız Elmin İnkişafı Fonduna rəhbərlik etdiyi dövrdə yaxşıca mənimsəmiş olduğu saxta yollarla daha çox qazanc əldə etməyin yeni üsulları ola bilərdi ki, onu da artıq tətbiq edib. Təsəvvür edin, rektor universitet daxilində tələbələrin və müəllim heyətinin əhatəsində tək gəzmir. Boyu 2 metr olan mühafizəçi heyəti ilə gəzir. Bakı Dövlət Universiteti rektoru “kiçik biznes”ə başlayıb. O, həyata keçirdiyi "islahat"ların tərkib hissəsi kimi universitetin girişində və əsas korpusa yaxın yerdə iki dönərxana açıb. Sizcə, bu, düzgündürmü? Bir məsələ olan kimi hər kəs deyir ki, "ermənilər bizə baxır, belə olmaz". Bilin, belə şeylərdə ermənilərin gözü buradadır. Təhsilimizi bu günə qoyanlar hələ də cəzasızdır. Hesab edirəm ki, Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olan Elçin Babayevin əməllərinə hüquqi qiymət vermək zamanı yetişib. Harınlamış şəxslərin yeri vəzifə yox, məhz Kürdəxanıdır…".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar