Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ"ın rəqibi Qazaxıstan çempionatında liderin dəyişməsinə səbəb olub

Futbol üzrə Qazaxıstan çempionatında XXV turun digər oyunları keçirilib.

"Report" xəbər verir ki, turun mərkəzi matçında "Kayrat" lider "Astana"nı qəbul edib.

Qarşılaşma Almatı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kurban Berdıyevin baş məşqçi olduğu komandanın yeganə qolunu 9-cu dəqiqədə Neboyşa Kosoviç vurub.

Bürünc medalı daha əvvəl təmin etmiş "Kayrat" xallarının sayını 50-ə çatdırıb. 56 xalı olan "Astana" isə məğlubiyyətdən sonra liderliyini itirməli olub.

Çempionluğa iddialı digər komanda "Tobol" Karaqanda "Şaxtyor"unu 4:1 hesabı ilə üstələyib və hazırda 50 xalla birinci pilləyə yüksəlib.

Qeyd edək ki, Qazaxıstan çempionatında sonuncu - XXVI tur oktyabrın 30-da olacaq. "Kayrat" UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzub.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar