Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qaqaş" ləqəbli kriminal avtoritetlə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində kriminal aləmdə "Qaqaş" ləqəbi ilə tanınan Valeh Əsədullayev və onun dəstəsinin üzvləri - Sadiq Məmmədov, Balakişi İsmayılov, İmran Mədətov və Niyaməddin Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

PİA.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, həmin şəxslərin apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Valeh Əsədullayev 12 il, Sadiq Məmmədov, Balakişi İsmayılov, İmran Mədətov və Niyaməddin Hüseynov hərəsi 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslər elan olunmuş ittihamla özlərini tam təqsirli bilməyiblər.

Deyiblər ki, onlara qarşı irəli sürülən bəzi ittihamlar əsassızdır. Müttəhimlər istintaqda etirafedici ifadələrini isə təzyiq altında verdiklərini söyləyiblətr.

İttihama görə, onlar Binəqədidə bağ evlərindən silsilə oğurluqlar ediblər.

Keçirilən əməliyyat tədbiri nəticəsində dəstənin üzvləri - paytaxt sakinləri - Əsədullayev Valeh Fəyaz oğlu, Məmmədov Sadiq Ağahəsən oğlu, İsmayılov Balakişi Alım oğlu, Mədətov İmran Ağababa oğlu və Hüseynov Niyaməddin Əhməd oğlu tutulublar.

Müəyyən edilib ki, dəstənin başçısı “Qaqaş” ləqəbli Valeh Əsədullayev olub. O, adları çəkilən şəxsləri ətrafına toplayaraq müxtəlif vaxtlarda Binəqədi, Abşeron və Sabunçu rayonlarında yerləşən bağ evlərindən oğurluq hadisələri törədib. Saxlanılan şəxslərin Binəqədi və ərtaf rayonlarda 25 bağ evindən oğurluq etdikləri istintaq yolu ilə sübuta yetirilib.

İş üzrə 52 nəfər zərərçəkən şəxs var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar