Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Putin İrəvanı Bakı qarşısında güzəştə hazırlayır" - Sarkisyan

Azərbaycanın Naxçıvan, daha sonra Türkiyə ilə əlaqəsini təmin edəcək Zəngəzur dəhlizi regional təhlükəsizliyə ciddi təsir edəcək.

PİA.az xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan deyib.

“Burada ən vacibi kimin təhlükəsizlik zəmanətçisi olacağıdır. Bu, çətin ki, biz olaq. Bu ya ruslar, ya da türklər olacaq”, – deyə o bildirib.

Sarkisyan türklərin Ermənistana nəzarəti təmin etmək, şimal-cənub hərəkətini tam nəzarətə almaq üçün dəhlizi tabelikləri altına almaq istədiklərini deyib. O, rusların bu nəzarəti Türkiyə-Azərbaycan əməkdaşlığını idarə etmək və öz mövqelərini gücləndirmək üçün arzuladığını bildirib:

“Türkiyə-Azərbaycan tandeminin Ermənistana təzyiqi İrəvanı zəif olduğu müddət ərzində daha sürətli güzəştlərə məcbur etmək üçündür. Putin bizi ağrılı güzəştlərə hazırlayır, bu isə o deməkdir ki, yol olacaq və bu, demarkasiya ilə paralel gedəcək. Eyni zamanda ruslar söz problemlərini nəzərə alaraq, zaman udmağa cəhd edirlər”.(Axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar