Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Pensiya, sosial müavinətlər və təqaüdlərin artırılması noyabrın 1-dən tətbiq edilməlidir" - Qubad İbadoğlu

"Əks təqdirdə, xüsusilə də nəzərə alsaq ki, işsizlər dövlətin sosial proqramlarından nadir hallarda faydalana bilir, onda ölkədə yoxsulluq və səfalət daha da dərinləşəcək"

"Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10 milyard 444,5 milyon manat, büdcə xərcləri isə 7 milyard 328,2 milyon manat təşkil edib. Bu o deməkdir ki, ARDNF büdcəsində 3 milyard 116,3 milyon manat profisit (artıqlıq) yaranıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayında ARDNF-nin gəliləri 3 milyard 851,4 milyon manat artıb, xərcləri isə 1 milyard 718,1 milyon manat azalıb. Belə ki, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6 milyard 593,1 milyon manat, büdcə xərcləri isə 9 milyrad 46,3 milyon manat təşkil edib". 

PİA.az xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

O qeyd edib ki, 2021-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına (operativ) dair məlumata görə, cari ilin doqquz ayında dövlət büdcəsində 159,7 mln. manat məbləğində profisit yaranıb: "Göründüyü kimi, bu ilin 9 ayına ARDNF-nin büdcəsində 3 milyard 116,3 milyon manat, büdcəsində 159,7 mln. manat məbləğində artıq pul vardır. Bunlar da nəzərə alınmaqla ümumilikdə icmal büdcədə cari ilin doqquz ayında faktiki olaraq 3 milyard 563,1 mln. manat büdcə artıqlığı (profisit) yaranıb. Deməli, icmal büdcədə nəzərdə tutulan məsrəfləri qarşılayandan sonr xərc təyinatı əvvəlcədən müəyyənləşdirilməyən 3,5 milyard manatdan çox artıq vəsait yaranıb. Bəs, belə olan halda nədən İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla əmək haqqı, pensiyalar, sosial müavinətlər və təqaüdlərlə bağlı əlavə ödənişlər növbəti ilə planlaşdırılır. Əhali qiymətlərin bahalaşmasından yaranan məsrəfləri 2 ildir ki, eyni maaş, sosial müavinətlər və təqaüdlərlə ödəyir. İndekslərşdirmə isə yalnız pensiyalara tətbiq olunur. 2021-ci ilin yanvar-avqust aylarında orta aylıq nominal əmək haqqı 2020-ci ilin yanvar-avqust aylarına nisbətən 2,2 faiz artdığı halda düzgün hesablanması şübhə doğuran əslində daha yuxarı olan istehlak qiymətləri indeksi rəsmi açıqlamalara görə 5,2 faiz yüksəlib. Eyni zamanda, bu il ərzində nəqliyyatda, həmçinin metroda gediş haqqının, istiliyin, neft məhsullarının qiymətinin tariflərinin yenidən bahalaşması gözlənilir".

ADR Hərəkatının sədri hesab edir ki, belə olan halda əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasına gələn ildən deyil, bu ildən start verilməlidir: "Bunu mən siyasətçi kimi deyil, normal iqtisadi məntiq və qanunlara istinadən deyirəm. Odur ki, Nazirlər Kabinetinin əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı hazırlayacağı təkliflər bu ilin büdcəsində nəzərə alınmalı və noyabrın 1-dən tətbiq edilməlidir. Əks təqdirdə, xüsusilə də nəzərə alsaq ki, işsizlər dövlətin sosial proqramlarından nadir hallarda faydalana bilir, onda ölkədə yoxsulluq və səfalət daha da dərinləşəcək. Bu da kriminal durumun gərginləşməsinə, xəstəliklərin artımına, ailə daxili sosial gərginliyin, boşanmaların, miqrasiyaların çoxalmasına, siyasi etirazlara gətirib çıxaracaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar