Bazar ertəsi, 08 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Pənah ilk dəfə bahalı kostyumunu geyinmişdi" - Səfirdən sabiq dövlət katibinə atmaca

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, AMİP-in keçmiş üzvü Vilayət Quliyev sosial şəbəkə hesabında partiyanın ilk təsis qurultayının tarixi ilə bağlı paylaşım edib.

Eks-AMİP-çi və hazırki səfir Vilayət Quliyevin "facebook"dakı paylaşımını təqdim edirik:

“O zaman Təşkilat komitəsinin üzvü kimi qurultayın hazırlanmasında bəndənizin də müəyyən iştirakı olmuşdu. Amma məqsəd aradan onilliklər keçəndən sonra hansısa xidmətlərdən danışmaq deyil. Sadəcə, maraqlı bir məqam yadıma düşdü.

Deməli, qələbəlik qurultay Opera və Balet Teatrının binasında keçirilirdi. Hakimiyyət adından AMİP forumuna dövlət katibi Pənah Hüseynov gəlmişdi. Prezident Əbülfəz Elçibəyin təbrikini oxudu, ölkənin ilk siyasi partiyasını şəxsən təbrik etdi.

Fasilədə direktorun otağında qurultayın rəhbər heyəti üçün nahar süfrəsi açılmışdı. Təbii ki, ofisiantlar həm qonaq, həm də vəzifəli şəxs kimi Pənah Hüseynovun ətrafında fırlanırdılar. Akademiyadan yaxşı tanıdığım Pənah bəlkə də ömründə ilk bahalı kostyumunu geymiş, dəbdə olan qalstuk taxmışdı. Amma qətiyyən iddialı görünmürdü, əksinə özünü çox sadə və səmimi aparırdı.

Görünür, şəxsinə göstərilən diqqətdən təsirlənən Pənah birdən üzünü AMİP liderinə tutub:

- Ə, Etibar, ə, bu hakimiyyət nə gözəl şeymiş, ə!- dedi. –Sən öl o kreslolarda elə oturmuşuq ki, heç bir qüvvə bizi ordan qoparda bilməz! Heç svarkaynan da kəsib ayıra bilməzlər.

Etibar da hazırcavalıq nümunəsi göstərdi:

- Qorxma, dedi. –Sizi heç kəs kreslodan dartıb qoparmayacaq. Elə kresloqarışıq atacaqlar bayıra!”.

Qeyd edək ki, Vilayət Quliyev vaxtilə AMİP-in təşkilat komitəsinin və Siyasi Şuranın (1992-1993-cü illər) üzvü olub.(unikal)

pia.az


Etiket:


Digərxəbərlər

Qriqoryandan yeni müharibə anonsu – Ermənistan istəməsə “Laçın dəhlizi”nin marşurutu dəyişməyəcək?..

Əbülfəz Məlikov DGK sədri olmaq istəyir?

Populyar xəbərlər

“Broker” Əbülfəz Məlikov həbs olunub? - Yenilənib

Ermənilər Laçını tərk etməyə başladı - Video

Səfirliyimizə hücum edənlər kimlərdir və ya Şirazilər haqqında bilməli olduqlarımız

Putin Ərdoğanla niyə görüşüb? - "The Guardian" nəşri

İlham Əliyev və Paşinyan Brüsseldə görüşəcək

Rusiya iqtisadiyyatı iflas ərəfəsində: 5 ay ərzində ölkəni 500 min insan tərk edib

Qəbələdə xüsusi laboratoriyada narkotik hazırlayan şəxs saxlanılıb

Niyə xaricə yaşamağa gedəndə Ərəbistanı, İranı, İordaniyanı, Livanı, Liviyanı seçmirik?

Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib - Foto

Bakıda sürücülər etiraz aksiyası keçirdi - Video

Ukraynanın üçüncü gəmisi İstanbul sahillərində lövbər salıb

Ən çox oxunanalar