Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nədir, Kiyev küçələrində tanklar gedir?..." - Zelenski müharibə panikasına reaksiya verdi

Ukrayna prezidenti Vladimir Zelenski böyük mətbuat konfransında Rusiya qoşunlarının ölkəyə müdaxiləsi təhlükəsindən danışıb. O, çaxnaşmanı əsassız hesab edir.

Zelenski vurğulayıb ki, bu gün Rusiya Ukrayna sərhədində ötən 2021-ci ilin yazından böyük olmayan qruplaşma cəmləyib. Lakin o zaman və bu gün Rusiyanın fəaliyyətinə reaksiya çox fərqlidir.

“İndi vəziyyəti o vaxt təlimlərin pik nöqtəsində (Rusiya ordusunun 2021-ci ildə keçirilən təlimlər) olduğu vaxtdan daha gərgin hesab etmirəm. O zaman da vəziyyət gərgin idi. Amma o vaxt həm Ukraynada, həm də dünyada belə informasiya siyasəti yox idi... Jurnalistlər Kiyevə getsinlər. Küçələrimizdən keçən tankları görürsünüz? Yox. Amma belə ab-hava var... KİV-lər belə təəssürat yaradır ki, yollarda qoşunlar var, səfərbərlik var, insanlar harasa gedirlər. Bu doğru deyil. Bu çaxnaşma bizə lazım deyil”, - deyə prezident bildirib.

O qeyd edib ki, bu panika maliyyə sektoruna da təsir edib və bu, Ukrayna iqtisadiyyatına ağır zərbə olub. Eyni zamanda, Zelenski etiraf edib ki, Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi riski hələ də qalmaqdadır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar