Bazar, 02 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"MTK-lar yaşayış binasına yalnız bir provayderi buraxır və hər müştəriyə görə 2 manat alırlar"

Bu haqda Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabındakı paylaşım edib...

“Əksər MTK-lar binalardakı internet xidmətinin təşkili ilə bağlı açıq-aşkar haqsız rəqabət mühiti formalaşdırıblar. "Bir bina bir provayderindir" prinsipi ilə işləyirlər”.

Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

O iddia edib ki, Mənzil-Tikinti Kooperativləri yaşayış binasına yalnız bir provayderi buraxır və hər müştəriyə görə provayderdən 2 manat alır:

“Heç nədən çəkinmirlər. Nə qədər inanılmaz olsa da, reallıq odur ki, adi bir MTK rəhbəri o nəhənglikdə Antiinhisar Dövlət Xidmətindən çəkinmir.

MTK-lar yeni yaşayış binasını təhvil verməzdən öncə yalnız bir provayderi dəvət edərək separat sövdələşmə edirlər.

Bu sövdələşmə ilə adətən hər bir müştəriyə görə MTK sahibi provayderdən 2 manat alır.

Vəssalam. Bununla da, MTK sahibi provayder və ya kabel operatoru qarşısında öhdəlik götürür ki, həmin binaya yer-göy dağılsa da başqa provayderi buraxmayacaq.

Bununla da, həmin binada yalnız bir provayderin xidmətini almaq imkanı yaranır və orada yaşayanların seçim imkanları süni surətdə məhdudlaşdırılır.

Xidmətin keyfiyyəti üçün stimul formalaşmır.

MTK-lar bu cür haqsız davranışla həm də provayderlər arasında sərbəst və azad rəqabəti pozmuş olurlar.

Antiinhisar Döğvlət Xidmətinin, RİNN-nin və digər aidiyyatı qurumların bundan xəbəri varmı?

Əlbəttə var.

Lakin bunun qarşısnı almaq üçün heç bir real addım müşahidə olunmur.
“Antiinhisar” və RİNN monitorinq aparmalıdır. Yeni yaşayış binalarındakı internet inhisarçılığının, haqsız rəqabətin qarşısını almaq üçün ciddi ahtiinhisar tədbirləri görülməlidir.

Problemi kökündən həll etmək üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir.

Yeni tikilmiş yaşayış kompklekslərində, biznes mərkəzlərində öncədən ən azı 3 provayderin və ya kabel operatorun fəaliyyəti üçün imkanlar yaradılmalıdır.
Binaların istismara verilməsindən öncə digər kommunal xidmətlərin təhvilində olduğu kimi, aidiyyəti qurum, məsələn RİNN binanın telekommunikasiya infrastrukturuna münasibət bildirməlidir.

“Antiinhisar” bu qaydaları pozan MTK sahiblərinə qarşı sərt tədbirlər görməlidir”.

pia.az

 


Etiket: Osman Gündüz


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İranlı din xadiminin qızının toy görüntüləri gündəm oldu - Video

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə gətirir - Təhlükəli oyun

“Dövlətdən oğurlayıb, küçə insanlarına ev alırlar” - Partiya sədri 

"Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi"

Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı biabırçılıq- Fotofakt

Kadırov Krasnıy Limandakı uğursuzluğa görə generalı sərt tənqid edib

Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum oldu

Van Dammın azərbaycanlı gəlinindən qayınanasına təbrik - Foto

Rəhim Rəhimli xəstəxana xərclərini ödəyə bilmirmiş...

İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimdə iştirak edib - Yenilənib + Foto

Kremlin planı - Azərbaycan və Ermənistan üçün nələr hazırlanır?

Ən çox oxunanalar