Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Lavrov Mirzoyanı çağırıb dedi ki, sülh müqaviləsi bağlamayın" - Zərdüşt Əlizadə

Paşinyan artıq Brüsseldə Avropa İttifaqının Azərbaycanın təklif etdiyi sülh müqaviləsini məqbul saydığını və qəbul etdiyini gördü...

Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasın istəmir. Yaxud elə bir şəkildə imzalanmasını istəyir ki, hər iki dövlətə təsir edə bilsin”.

Bunu açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu, politoloq Zərdüşt Əlizadə deyib.

Politoloq hesab edir ki, ola bilsin, son danışıqlar zamanı Putin Paşinyandan sülh müqaviləsi məsələni uzatmasını istəyib:

Azərbaycan hakimiyyəti bizim istədiyimiz sülh müqaviləsini bağlamaq istəyir. Xüsusilə də sülh müqaviləsinin beynəlxalq standarlara cavab verməsinə çalışır. Yəni, Azərbaycanın ərazi bütövlüyü, toxunulmazlığı tanınsın və Ermənistan bizim daxili işlərimizə, o cümlədən Qarabağda yaşayan ermənilərin işinə qarışmasın. Ona görə də biz Ermənistana onun anladığı dildə təzyiq göstərməliyik. Anladığı dil isə yalnız güc yoludur. 30 il ərzində Rusiyanın dəstəyilə Ermənistan öz iradəsini diqtə edirdi. Amma indi artıq güc bizim tərəfimizdədir. Biz də erməniləri hüququmuzu tanımasına məcbur etməliyik”.

Z.Əlizadə Paşinyanin "İlin sonuna kimi Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyirik" fikrini isə belə şərh edib:

“Düşünürəm ki, Paşinyan Brüssel görüşündən sonra İrəvana qayıdaraq öz parlamentini toplayıb və onlara ilin sonuna qədər sülh müqaviləsinin bağlana biləcəyini deyib. Bunu elə-belə deməyib. Paşinyan artıq Brüsseldə Avropa İttifaqının Azərbaycanın təklif etdiyi sülh müqaviləsini məqbul saydığını və qəbul etdiyini gördü. Eyni zamanda baxdı ki, Ermənistanın daxili resursları yetərli deyil, həmçinin Rusiyanın Ermənistana göstərə biləcəyi siyasi dəstək kifayət etmir. Bütün bunları hesablayan Paşinyan öz parlament üzvlərinə sülh müqaviləsinin imzalanacağını açıq formada deyib. Lakin indi Rusiya əl-ayağa düşüb. Lavrov təcili Ararat Mirzoyanı Moskvaya çağıraraq, ona sülh müqaviləsini bağlamamağı diqtə edib. Lavrov onu da qeyd edib ki, baxmayın bizim başımız Ukraynaya qarışıb, Azərbaycana təzyiq etməyə gücümüz çatar. Azərbaycan isə güc tətbiq edərək Ermənistanı növbəti dəfə yerində oturda bilər. Lakin əsas məsələ sülh müqaviləsinin bağlanması və şərtlərimizin yerinə yetirilməsidir”.(Bakupost.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar