Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"İşçidə günah yoxdur, günah Operativ Qərargahdadır" - Natiq Cəfərli

"3 saatdır eyni maşında yol gələn və ayrıca, heç bir kənar şəxslərin olmadığı kabinetlərdə oturmağı qadağan etmək hansı məntiqin, hansı beynin məhsuludur?!"

PİA.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

“Kafe və restoranlarda tələb olunan "kovid pasport" məsələsinin çox absurd və məntiqsiz tərəfləri var. Quba-Xaçmaz bölgəsində görüşdən qayıdarkən yolda nahar etmək üçün bir restoranda saxladıq. Üç nəfər idik, birində "kovid pasport" yox idi, restoran işçisi dedi ki, kabinetdə oturmaq olmaz, ancaq açıq havada mümkündür, hava da soyuq idi. İşçidə günah yoxdur, təməlində məntiq olmayan Nazirlər Kabinetinin yaratdığı Operativ Qərargahdadır günah: Hər bir qərarın öz məntiqi olmalıdır, kafe və restoranlarda ümumi istifadə üçün olan zallarda "kovid-pasport" istəyə bilərsiz, amma 3 saatdır eyni maşında yol gələn və ayrıca, heç bir kənar şəxslərin olmadığı kabinetlərdə oturmağı qadağan etmək hansı məntiqin, hansı beynin məhsuludur

Məsələn, eyni ailədən olanlardan tək birində "kovid-pasport" yoxdursa, onlar niyə kabinetdə yemək yeyə bilməzlər?! Xub, ümumi zala buraxma, toya buraxma, çox sayda insanın eyni anda olan məkanlara buraxma, bunu anladıq, amma ayrıca kabinetə eyni maşında gələn, və ya, eyni ailədə yaşayanları niyə buraxmırsız ki?! Bunun izahı nədir?! Bunun virusla mübarizəyə nə dəxli var?! Nədən zatən zülm çəkən xidmət sektorunu çökdürürsüz ki?! Bakıda və regionlarda ayrıca kabinetləri olan minlərlə restoranlar, kafelər var, onlar müştərilərdən niyə məhrum olmalıdırlar?! Həm də deyirlər ki, vaksinləşmə virusdan qorumur, vaksinləşən insan da yoluxa, yoluxdura bilər, simptompsuz daşıyıcı ola bilər, yaxşı, bunu elm deyirsə o "kovid pasportun" nə önəmi var?! Bir daha: Qapalı və ümümi istifadə üçün olan məkanlarda istəyin o kağızı, amma ayrıca kabinetlərdə bu qərar uyğulaması məntiqsiz və mənasızdır...” – N.Cəfərli qeyd edib.(Pravda)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə “çöküblər”

Prezident Administrasiyasının əməkdaşı vəfat etdi

Xalq artistinin bacısı koronavirusdan öldü - Foto

Bakıda böyük əməliyyat keçirildi: 48 nəfər saxlanıldı

İki ŞOK bir arada: Əli İnsanovun partiyasını qeydiyyata aldılar və AzTV onu təbliğ etdi

Xankəndi boşalır – Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır

“Kayrat” komandası qəza ilə bağlı açıqlama yayıb - Yenilənib

Kürdəmirin sabiq başçısına hökm oxundu - 8 il 6 ay

Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıb - Video 

İran maşınları Azərbaycan ərazisindən keçəcək – Köçəryan

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Ən çox oxunanalar