Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Google" dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadəyə həsr edilmiş dudl hazırlayıb

"Google" axtarış saytının əsas səhifəsi dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs Lütfi Zadəyə həsr edilmiş dudl hazırlayıb.

PİA.az xəbər verir ki, axtarış sistemi alimə həsr olunmuş dudl təqdim edib.

Axtarış sisteminin istifadəçiləri dudlu klik etməklə Lütfi Zadə barəsində məlumatlar olan saytlara, səhifələrə keçid edə bilərlər.

Lütfi Zadə 1921-ci ilin 4 fevralında Bakının Novxanı kəndində dünyaya gəlib. 1944-1959-cu illərdə Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. Sonra Berkli Universitetində çalışıb, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edib. Eyni zamanda həmin universitetdə ömürlük professor və "Soft Computing" İnstitutunun direktoru kimi çalışıb.

İstehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi ona dünyada şöhrət qazandırıb. Nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq.

Bir çox xarici ölkə akademiyalarının üzvü olub. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib.

Qeyd edək ki, Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyicilərinin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında yararlanırlar.

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib, bir neçə gün sonra Bakıda dəfn olunub.

Qeyd edək ki, bu gün İnternet mühitində minlərlə axtarış sistemi fəaliyyət göstərsə də, axtarış sistemlərinin sayının çox olmasına baxmayaraq İnternet istifadəçilərinin çox hissəsi “Google” serverinə üstünlük verirlər. İnternet istifadəçilərindən hər 10 nəfərdən 6-sı axtarış sistemləri arasında lider sayılan “Google” severinə müraciət etməyi üstün sayır.

Axtarış sisteminin dudlları dünyada baş verən maraqlı hadisələr, ənənəvi günlər, bayramlarlə əlaqədar olaraq axtarış sisteminin əsas səhifəsində görünən rəsmlər, fotolar, oyunlar və s.dır.

"Google" axtarış sistemi Amerikanın “Google Inc” şirkətinə məxsusdur. Axtarış sistemi 8 milyardddan çox veb-səhifəni indeksasiya edir. Eyni zamanda 2009-cu ildən başlayaraq 191 dildə yazılmış informasiyanı tapa bilir. “Google” eyni zamanda PDF, RTF, PostScript, Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint və s. formatlarda olan sənədlərin axtarılmasını dəstəkləyir.

“Google” Stenford tələbələri Larri Peyc və Sergey Brin tərəfindən yaradılıb. 1996-cı ildə “BackRub” axtarış sistemi üzərində işləyən tələbələr, bu sistemdə istifadə etdikləri alqoritm əsasında 1998-ci ildə “Google” sistemini yaradıblar, baxmayaraq ki “Google.com” domen adı 15 sentyabr 1997-ci ildə qeydiyyatdan keçib.

Qeyd edək ki, “Google” adı 10100 rəqəminin adından götürülüb.

Xatırladaq ki, “Google” axtarış saytının əsas səhifəsi oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyinə həsr edilib və əlamətdar hadisə üçün dudl hazırlayıb. Azərbaycanın bayrağını klik edəndə “Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı məlumatların yer aldığı səhifələrə keçid baş verib.

Xatırladaq ki, dudl Google axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.

Fotolar


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar