Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

"Formula 1": İlk test yürüşündə ən yaxşı nəticəni bu komanda göstərdi

Bu gün "Formula 1" üzrə dünya çempionatının mövsüm öncəsi ilk test sessiyası start götürüb...

PİA.az-ın məlumatına görə, İspaniyanın Barselona şəhərində keçirilən ilk yürüşdə ən yaxşı nəticəni Almaniyanın "Mercedes" komandasının pilotu Valtteri Bottas göstərib - 1 saat 17,313 saniyə (79 dövrə).

Böyük Britaniyanın “Reysinq Poynt” komandasının sürücüsü Serxio Peres 1 saat 17,375 saniyə (58 dövrə) göstərici ilə ikinci olub. Avstriyanın "Red Bull" kollektivinin pilotu Maks Ferstappen isə üçüncü ən yaxşı nəticəyə imza atıb - 1 saat 17,787 saniyə (91 dövrə).

Qeyd edək ki, mövsüm öncəsi ilk test sessiyası fevralın 21-dək davam edəcək. İkinci testlər isə 26-28 fevral aralığında olacaq. "Formula 1" üzrə 2020-ci il dünya çempionatı martın 13-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə noyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 5-6 apreldə olacaq. (Report)

pia.az


Etiket: Formula1

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Danışa bilmir” deyilən Əkrəm Əylislidən açıqlama

“Bizim problemimizi ancaq Putin həll edə bilər...”

Qanı batırılan və unudulan vəkil - İlham Rəhimovun verdiyi vədin sonu nə oldu?

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Yenə EGE Hospital: 8 iznsiz əməliyyat, klebsiella mikrobu, 80 min ziyan, koma...

Rusiya düşməndirsə, o zaman 3+3 platforması necə qurulacaq?

Ən çox oxunanalar