Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Əri içib, ona şəkil atıb ki..." - Özünü binadan atan həkimin iş yoldaşları nələr danışdı? - Yenilənib

Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur.

Məlumata görə, ginekoloq özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb.

PİA.az cebhe.info-ya istinadən bildirir ki, intiharın səbəbləri ilə bağlı Xalidə Kəngərlinin həkim yoldaşları yeni məlumatlar veriblər.

Cərrah Rəşid Əliyevin sözlərinə görə, mərhum həkim yoldaşı pozitiv insan olub, kiminləsə intriqası olmayıb: "Hamıyla mehriban olub. Bu dəqiqə bütün klinikadakılar kədərlidir. Həkimlər mat qalıb ki, bu necə olan bir işdir".

Rəşid həkim Xalidə Kəngərlinin uzun çəkən ailə problemlərinin olduğunu, həyat yoldaşı ilə boşanmaq ərəfəsində olduqlarını deyib: "Həmin gün həyat yoldaşı içib ona şəkil atıb. Sonra da deyib ki, evdəyəm, səni gözləyirəm. Xalidə evə gedəndən 1-2 saat sonra bu xəbər gəldi".

Digər həkim yoldaşı Ləman Əsgərova Xalidə Kəngərlinin psixoloji cəhətdən tam sağlam olduğunu bildirib: "Mən iki ay idi onu tanıyırdım. Pozitiv insan idi, ailəsin sevən biri idi. Ailə münaqişəsi olub".

***

Bakıda baş verən intihar hadisəsi barədə bəzi detallar məlum olub.

PİA.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, ginekoloq-həkim Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub.

O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.

X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.

Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.

Həkim bu gün dəfn olunub.

***

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

PİA.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb.

O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar