Şənbə, 25 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Əli Həsənova verdiyim 10 kaseti ermənilər qarşıma qoydular" - Şahbaz Quliyev

Yeddi il Ermənistanda əsirlikdə olan və ötən il Azərbaycana qaytarılan Şahbaz Quliyev sensasiyalı açıqlamalar verib.

Yeniavaz.com xəbər verir ki, mayın 18-də Xural TV-nin efirində çıxış edən Ş. Quliyev Kəlbəcər rayonuna öz ata-baba yurdlarını ziyarət etmək üçün yox, Baş nazirin sabiq müavini və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun tapşırığı ilə getdiklərini iddia edib:

“Çağırıb dedilər ki, “dövlətə lazımsan, getməlisən”. Mən də dedim ki, Dilqəm Əsgərov bələdçi kimi Kəlbəcəri yaxşı tanıyır, onu içəridən çıxarın, gedim. Dilqəm o vaxt tutulmuşdu, Şəmkirdə həbsdə idi. Dilqəmi çıxarıb gətirdilər. Biz Əli Həsənovun kabinetindən yola salınmışıq. Əlimizə silah verilib, tapança, avtomat, qumbara verilib. Tam təchizatlı getmişik, erməni bunun hamısını çəkib, göstərib. Əli Həsənova Qarabağdakı fəaliyyətimizlə bağlı 10 kaset vermişəm. Müdafiə Nazirliyində də bilirdilər. Bizim oradan çıxarıb verdiyimiz şəkillər hesabına “general” alanlar var. Biri də Səfər Əbiyevin bacısı oğludur. Mən əsir düşən günü Əli Həsənova verdiyim 10 kaseti ermənilər Xankəndidə gətirib qoydular stolun üstünə”.

Ş. Quliyev bildirib ki, erməni əsirliyinin sonuncu günü ona yüksək məbləğdə pul təklif ediblər:

“Kimdən ötrü mən gedib əziyyət çəkmişəm? Mən burada bəy kefində yaşamışam. Erməni axırıncı günə kimi bizi vermirdi. Axırıncı günü ermənilər mənə təkif etdilər ki, “Azərbayanın əleyhinə danış, sənə 1 milyon pul verib 3-cü ölkəyə göndərək”. Mən “yox” dedim”.

Ş. Quliyev, əsirlikdə olan zaman ailəsinə qarşı olan laqeydlikdən və hazırkı sosial vəziyyətindən narazı olduğunu deyib. O buna görə özünü öldürəcəyini bildirib və xaricdə yaşayan qızını gözlədiyini deyib.

“Bu gün harada səsim çıxır, götürüb yazırlar ki, “bunlar nə iş görüblər? Gedib orada dana yeyiblər”. 1 ay qalmışam orada, dananı acından ölməmək üçün yemişəm. Danışılası çox şeylər var. Mən onları saxlamışam ki, dövlət sirri kimi qalsın. Qızımın gəlməsini gözləyirəm. Onunla görüşdükdən sonra hər şeyi açıqlayacağam”.

Qeyd edək ki, bu il aprel ayının 1-də Şahbaz Quliyev sosial problemləri ilə bağlı Prezident Administrasiyası qarşısında etiraz edib.

Xatırladaq ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Həmin illərdə işğal altında olan Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub və "məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Tahir İmanov: "250 minlik “Bentley”, yoxsa 8 manata gilas?" - Video

"İlin sonunadək şəhid ailəsi və müharibə əlillərinə daha 1000 mənzil və ya fərdi ev veriləcək"

Hindistanlı turistin itdiyi dağdan görüntülər: Ərazi ayılarla doludur - Video

Rusiyanın hava hücumundan müdafiə sistemi öz-özünü vurub - Video

Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibi dəyişib

Rusiyanın hava hücumundan müdafiə sistemi öz-özünü vurub - Video

Avropaya ixracın artması qazı bahalaşdıracaq? - Açıqlama

“Camaat aylıq 250 manatla dolanır, Fəzail Ağamalı 7 min maaşla insanları ələ salır” – Video

İrandan Azərbaycana növbəti xain zərbə - Video

Ən çox oxunanalar