Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Dəmir ledi" Rusiya sərhədində tanka mindi - Britaniya Putinə xəbərdarlıq edir

Böyük Britaniya xarici işlər naziri Liz Trass Estoniyaya səfəri zamanı hərbi poliqonda tankla gəzib. Bununla da britaniyalı diplomat “dəmir ledi” Marqaret Tetçerlə assosiasiya yaratmaqla, özünün lider ambisiyasını göstərmək istəyib.

Beləliklə, mətbuat qarşısında uğurlu rakursdan görünməklə Vladimir Putinə anlatmaq istənilir ki, Ukraynanın şərqdən gələ biləcək təcavüzdən müdafiə olunmasına Böyük Britaniya çox ciddi yanaşır.

Estoniyanın Tapa şəhərində “Challenger2” tankına minən Liz Trass, Qərbin Rusiyanın digər lideri Mixail Qarbaçovla olan qarşıdurmasını xatırladır. Otuz beş il öncə Baş nazir Marqaret Tetçer də Qərbi Almaniyanın Fallinqbostel şəhəri yaxınlığındakı NATO poliqonunda anoloji vəziyyətdə “Challenger” tankının köhnə modifikasiyasına minmişdi.

Əynində makintoş, boynunda şarf, gözündə qoruyucu eynək olan xanım Tetçer lazer tuşlayıcı sistemin köməyi ilə təlim mərmilərindən altı dəfə atəş açmışdı. Marqaret Tetçer bildrmişdi ki, bu onun çox xoşuna gəlib. Sonrakı gün “The Daily Telegraph” qəzeti yazmışdı ki, Tetçer bu geyimdə haradasa Aysedora Dunkan və ərəbistanlı Lourens arasındakı adam təsiri bağışlayır.

Palto və zirehli gödəkcə geyinmiş “instaqram naziri” adlandırılan Liz Trass Böyük Britaniya və “Kral tank polku”nun bayrağı altında tankla gəzişib. Amma Marqaret Tetçerdən fərqli olaraq xarici işlər naziri tankdakı silahdan atəş açmayıb. O, Estoniya paytaxtı Tallindən 100 kilometr aralı və Rusiya sərhəddindən 160 kilometr qərb tərəfdə yerləşən NATO bazasına dislokasiya olunmuş 800 britaniyalı hərbçiylə görüşüb. Alyans tərəfindən həm bu, həm də Latviya, Litva və Polşada yerləşən buna oxşar digər üç baza Krımın Rusiya tərəfindən 2014-cü ildə ilhaqından sonra yaradılıb. Bu bazalar sərhəddin o biri tayındakı Vladimir Putin ordusunun qabağının hərbi vasitə ilə alınması məqsədilə qurulub. Britaniya hökumətindəki mənbənin sözlərinə görə, xanım Liz Trass Britaniya ordusunu NATO-nun ön sərhəd xəttində görmək, hərbçilərin mümkün təcavüzə qarşı necə məşq etdiklərini anlamaq və alyansın şərq cinahının müdafiəsi üçün gördükləri işə görə onlara təşəkkür etmək istəyib.

“Conservative Home” bloqunun Mühafizəkarlar Partiyasının üzvləri arasında keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Liz Trass ən populyar nazirdir və onun fəaliyyətini dəstəkləyənlər 82,3 faizdir.

Xanım Trass bildirib ki, NATO Rusiyanı Ukraynada hərbi təxribata çəkmir və Vladimir Putin tərəfindən ediləcək istənilən təcavüz strateji şəhv olardı. O, deyib: "Kremlin ssenarisini əvvəl də görmüşük. Rusiya yalandan iddia edirdi ki, Krımın ilhaqı NATO təcavüzünə cavabdır. NATO təxribatçı yox, müdafiə prinsipi əsasında yaradılmış alyansdır. NATO-nun rusları təxribata çəkməsi barəsindəki istənilən bəyanat, sözsüz ki, yalandır. Biz, Ukrayna və Qərbi Balkanların təhlükəsizliyini, iqtisadi dayanıqlığını möhkəmləndirmək üçün bu ölkələrdəki sabitliyi dəstəkləyəcəyik”.

Böyük Britaniyanın “MI-6”kəşfiyyat orqanının rəhbəri Riçard Mur deyib ki, Rusiya Böyük Britaniya üçün ciddi təhlükə təşkil edir. Riçard Mur “BBC”-yə verdiyi müsahibəsində bildirib: ”Ukrayna ətrafında zaman-zaman böhranlar baş verir, biz qoşunların sərhədd boyunca yığışmasından narahatıq, həm də Putinin hansı niyyət güdəcəyindən də bərk narahatıq. Yaşanan hadisələri çox diqqətlə izləmək lazımdır. Ruslara çox ehtiyatla anlatılmalıdır ki, əgər onlar 2014-cü ildəki kimi təcavüzə baş vurarlarsa, onda bunun hesabını ödəyəcəklər”.(“The Telegraph”-Böyük Britaniya)

Tərcümə "AzPolitika"nındır

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar