Cümə, 01 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Danışmadığım adama niyə yardım etməliyəm ki?.." - Manafdan Elzaya sərt cavab

"Mən Elza Seyidcahanla danışmıram. Danışmadığım adama niyə yardım etməliyəm ki".

Bunu qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev Əməkdar artist Elza Seyidcahanın "Bəzi sənət adamları özlərini xeyriyyəçi kimi göstərirlər, amma elə deyil. Manaf Ağayevdən də xeyriyyəçi insanlar var" ittihamına cavabında deyib. Müğənni Elza Seyidcahandan küsülü olduğu üçün ona yardım etmədiyini vurğulayıb:

"Danışsaydım, ona yardım edərdim, danışmıram onunla. Bunu bütün Azərbaycan bilir ki, onunla küsülüyəm. Kiməsə yaltaqlanmaq mənə lazım deyil".

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan evi ilə bağlı yaranmış probleminə görə efirə gələrək xalqdan və dövlətdən yardım istəyib. Sənətçi efirə çıxaraq öz mülkünə sahiblənmək üçün 63 min manat pulun lazım olduğunu deyib. Bu günə kimi ona həmkarlarından Rəqsanə, Damla və s. dəstək verib.

Xatırladaq ki, illər öncə "ELİT SRC GROUP" MMC müğənni-bəstəkar Elza Seyidcahan ailəsinə məxsus obyekti icarəyə götürüb. Zamanla tərəflər arasında mübahisə yaranıb. Məhkəməyə qədər gedən mübahisədə qarşı tərəfdən 58797 manat pul alınaraq "ELİT SRC GROUP" MMC-yə verilməsi ilə bağlı qərar qəbul edilib.

pia.az 


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Azərbaycanda 24 yaşlı gənc icra başçısı olmaq üçün Prezidentə ərizə yazıb - Amma aldığı cavabdab heç də məmnun deyil...

İntihar edən həkimin qonşuları elə şeylər danışdılar ki...- Gizli səs yazıları

Rüstəm Usubovun daha bir cinayətinin üstü açıldı - Sensasion ifadə

Zakir Fərəcovun əli ilə Sumqayıtı “yaşıllaşdıran” ata-bala kimlərdir?

Sülhəddin Əkbər: “Artıq NATO-nun bir nömrəli düşməni Rusiyadır” - Müsahibə

Baş Mil-Muğan Kollektorlarının İstismarı İdarəsi rəisi sahibkarlıq fəaliyyəti ilə məşğuldur - Foto

Azərbaycan əsgəri xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində ölüb

Baş katib: “Rusiya ilə NATO arasında dağıdıcı müharibə ola bilər”

Müğənni Aysunun dörd geyim dəyişdiyi toyundan rəngli görüntülər - Video, Yenilənib

Ən çox oxunanalar