Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu yolun çəkilişindən sonra təkcə Qubanın ağ almasını deyil, həm də gözəl yolunu vəsf edəcəyik"

Şuşaya ilk dəfə gedərkən çəkilən Zəfər yolunun rahatlığını diqqətimi çəkdi.

Bir arada avtobusun kiçik bir fasilə üçün dayanmasından istifadə edərək yolun qalınlığınına bir neçə yerdə diqqət yetirdim və anladım ki, bu yol uzunmüddətli çəkilib.

Yəni ki, məlum Bakı-Quba yolunun aqibətini yaşamayacaq.

İndi də Bakı- Quba yolunu gedərkən aparılan geniş masştablı təmir işlərinə baxırdım. Avtomobili bir kənarda saxlayıb yenə də yolun çəkilş prosesini izləməyə başladım. Yenə də Şuşa yolundakı kimi bərkitmə işlərinin aparıldığını gördüm. Mühəndislərlə, işçilərlə söhbətləşdim. Asfaltın qalınlığı da eyni standartda idi.

Qəribədir, illər öncə böyük vəsait ayırmaq hesabına mənasız yerə beton yolunun çəkilməsi burada problemləri də özü ilə gətirdi.

Hətta bildiyim qədər, yolun çəkilməsinə məsuliyyət daşıyan Cavid Qurbanov da beton yol versiyasına o zaman etiraz etsə də, hansısa məqsədlərlə bu yolun məhz beton üzərindən çəkilməsi qərarı qəbul olunmuşdu. Bizim iqlimdə beton yolun dayanıqlığı qısamüddətli olduğundan hər gün təmirə ehtiyacı olan bu yolun əziyyətini orada yaşayan əhali və turizm sektoru çəkirdi.

Üstəlik də bir yola həftəbaşı nə qədər yamaq vurmaq olarmış. İndi təcrübəli mütəxəssis Saleh Məmmədovun rəhbərlik etdiyi “Azəravtoyol”un heyətinin dayanıqlı və uzunmüddətli yol inşa etdiyinin şahidi oldum.

Kaş ki, əvvəlcədən qərar verənlər indiki kimi məsələyə sağlam düşüncə ilə yanaşaydılar. O halda dövlətin bu qədər vəsaiti də hədər getməzdi. Bu gün yol çəkənlər bəlkə də zamanında səlahiyyət sahibi olsaydılar belə qeyri-peşəkar yolu çəkilişinə imkan verməzdilər. Çünki hər dəfə turist firmalarının təmsilçiləri də harada rast gəlirdilərsə, şəxsimə şikayət edirdilər ki, Qubaya, Qusara, Xaçmaza turist aparmaq böyük əziyyətdir, yolun bərbad vəziyyətdə olmasına görə.

Vahid müəllim də, bizlər də bu məsələni Milli Məclisdə qaldırmışdıq, sağ olsun ki, ölkə rəhbəri bu kimi çıxışları da nəzərə alaraq yenidən bu yolun qurulması tapşırığını verdi.

İndi Bakı-Quba yolunun əsaslı şəkildə yenidən qurulması və təmiri bölgənin turizm potensialını bir neçə dəfə artıracaq. Bu isə bölgədə həm də insanların yoxsulluq səviyyəsinin azalması deməkdir. Xərclənən hər manat, hər dollar həm də vətəndaşın cibinə girən pul deməkdir. Əminəm ki, bu yolun çəkilişindən sonra təkcə Qubanın ağ almasını deyil, həm də gözəl yolunu vəsf edəcəyik.

Fazil Mustafa

Milli Məclisin deputatı

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar