Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu sahədə irəliləmək istəyənləri sanki tutub saxlayırıq" - Osman Gündüz

Xəbər verdiyimiz kimi, növbəti tədris ilində I qrupda informatika ixtisası üzrə yenilik olacaq.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında bildirib ki, 2022-2023-cü tədris ilində I qrupda informatika üzrə ixtisasları seçən abituriyentlərə imkan veriləcək ki, onlar kimyadan yox, informatikadan imtahan versinlər.

I ixtisas qrupunda informatika ixtisası üzrə ediləcək yeniliyə münasibət bildirən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, nəhayət, hökumət "İnformatika, yoxsa kimya" probleminin həllinə diqqət yetirib:

“Müasir dünyanı informasiya və kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək qeyri-mümkündür. Azərbaycanda da informasiya texnologiyalarına artan maraq vətəndaşlarımız arasında bu sahə ilə bağlı dərin biliklərə yiyələnməyi labüd edib. Qonşu ölkələrdə şagirdlərə aşağı siniflərdən başlayaraq informatika sahəsində əsas anlayışlar, alqoritmlər və kodlaşdırman öyrədilir. İT (IT - Information Technology) və kompüter ixtisası seçənlər qabaqcadan bu istiqamətdə təmayülləşir. Ali məktəblərə qəbul üçün bu sahə üzrə bilik və bacarıqlar əsas götürülür. Yəni digər ölkələrlə müqayisədə bizdə İT və kompüter sahəsində ali məktəblərə qəbul olunan tələbələrin start vəziyyətləri “İnformatika, yoxsa kimya” problemi ucbatından kəskin dərəcədə fərqlənir.​ Biz İT sahəsi üzrə irəli getmək istəyən uşaqları sanki tutub saxlayırıq, onun belinə əlavə kimya da yükləyirik”.

O. Gündüz bildirib ki, hansı ixtisaslar, hansı alt qrup olacağı dəqiqləşməyib. Güman ki,​ I qrupda İT, kompüter, riyaziyyat, informatika ixtisasları üzrə alt qrup formalaşacaq və imtahan verənlərə seçim imkanı yaradılacaq:
“DİM hələlik bununla bağlı rəsmi açıqlama verməyib.​ Bu açıqlamadan sonra məktəblərin, valideynlərin, uşaqların, hazırlıq kurslarının və repetitorların informatika hazırlığına ciddi diqqət yetirməsi doğru olardı. Xatırladım ki, indiyədək Azərbaycanın rəqəmsal dünyasının ən absurd qaydası qüvvədədir.​ Hansı ki DİM -in bu qaydalarına görə informatika, riyaziyyat və İT ixtisasını seçənlər informatika əvəzinə​ zorən​ kimyadan imtahan verirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar