Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Boşananların çoxu özü sevib evlənənlərdir" – Əməkdar artist

“Şou-biznesimiz “boş qazan”a bənzəyir. Yaxşılar qalır bir kənarda, kimlərsə çıxır ortaya. Yaxşıların da səhvi var ki, meydanı o hədsizlərə buraxır. Məsələn, 2000-ci illərin şou-biznesi, orada olan konsertlər, rəqabət daha yaxşı idi. O gün qulaq şahidi oluram ki, bir-iki toy ifaçısı toydan, maşından, puldan danışır. Qıraqdan dinlədim, gülmək tutdu məni. Bizim zamanda isə hər şey başqa idi. İndi cılızlaşma oldu. İstəmirəm indiki məqamlar sənəti çirkaba bulasın”.

Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov “Üzə-düz” proqramında deyib.
Müğənni son vaxtlar boşanmaların sayının artmasından söz açaraq, bundan narazı olduğunu açıqlayıb:
“Boşanmada cəmiyyəti günahkar bilmək olmaz. Cəmiyyət deməyib ki, siz boşanın. Həm də fikir vermişəm ki, boşananların çoxu özləri sevib-seçənlər olub. Bölgələrdə daha çox görürük ki, valideyn övladın ailə seçiminə qarışır. Qohum evliliyi bəzi fəsadlara yol açır. Hər mənada fiziki və mənəvi tərəfdən sağlam ailə olmur. İnsanlar çox səbrsiz olublar. Bir az boş buraxıb, təmkinli olmaq lazımdır. Ailədə qadın və kişi bir-birinin sözünü dinləmir. Təbii ki, boşanacaqlar. 6 ay yaşayandan sonra ayrılırlar, axı nişanlı da qalırsan, sən o müddətdə tanımalıydın. Erkən yaşda olan nikahları sevmirəm. O məsələ məni çox narahat edir. Boşanmamaq üçün ilk dönəmlərdə 2-3 il dözmək lazımdır. Çünki hər iki yad nəsil birləşir. Anam da bunu deyirdi həmişə. Gənclər, düşünün, tez ərizə verib boşanmayın!”

Rəşad İlyasov anasının ölümündən sonra onun sözləri ilə təsəlli tapdığını bildirib:
“Atam vəfat etməmişdən əvvəl onun xəstəliyini bilirdik, geri dönüş yox idi. Meylimi anama salmışdım, ona dedim ki, sənin itkini çəkə bilmərəm. O da mənə baxıb dedi ki, boş-boş danışma. Mənim anam rəhmətə gedəndə lap cavan idi. Bax, mən necə dözdüm, sən də elə olacaqsan. Nənəmin 8 uşağı olub, anam müharibə dönəmlərini yaşayıb. Çox çətin günlər görüb. Anam mənə dedi ki, mən siz uşaqlara görə yaşadım, sən də elə olacaqsan, oğlum. Bu bir reallıq idi. Vay o gündən ki, valideyn qala-qala övlad dünyasını dəyişə. Bu, bizim son söhbətlərimizdən biri idi. Anamda ürək ağrısı idi. Evə döndü, qohumlarını gördü, sağollaşdı, dünyasını dəyişdi. Onun sözləri böyük təsəlli oldu”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar