Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Belə şərəfsizləri döyə-döyə həbs etmək lazım idi" - Eynulla Fətullayev

“Polisin üstünə zibil atmaq, aşağılamaq yolverilməzdir”...

PİA.az xəbər verir ki, bunu Haqqin.az və Virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayev sosial şəbəkədə yazıb. O, Yasamalda polisə zibil atma hadisəsinə münasibət bildirərək deyib ki, belə vətəndaşlara qarşı ən sərt cəza verilməlidir, ən sərt münasibət sərgilənməlidir.

“Bütün dünya pandemiya rejiminə tabe olur, amma dünyanın gözündə bizi rəzil duruma salan bəzi mədəniyyətsiz, ləyaqətsiz, insan libasını itirmiş şəxs və ya Yasamal uşağı sadə həqiqəti dərk etmək istəmir!

Ölmək istəyirsən, öl! Cəhənnəmə öl! Amma mənim və yaxınlarımın həyatına təhlükə yaradırsan, ay zalım!!! Yoluxacaqsan və camaatı yoluxduracaqsan!

Məncə, polis çox yumşaq davranıb! Belə şərəfsiz insanları döyə-döyə həbs etmək lazım idi. Kim sənə haqq verib ki, qanunun tələbini icra edən polisin üstünə zibil atasan?

Bu məsələdə həddən ziyadə sərt və barışmaz olmaq lazımdır!”, - deyə jurnalist bildirib.

Eynulla Fətullayevin bu paylaşımından sonra sosial şəbəkə istifadəçiləri onu sərt tənqid ediblər. Bu tənqidlər jurnalistin paylaşdığı statusun altında da yer alıb.(Yeni Sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

İran Azərbaycana qarşı müharibəyə başlayacaqmı?

Şəxsən Şuşan Stepanyan üçün: bax, gör erməni ordusu odda necə yandı

"Belə şərəfsizləri döyə-döyə həbs etmək lazım idi" - Eynulla Fətullayev

Bakıdakı İsrail səfirliyində dialoq: “Rədd ol! Bura İsraildir!..”

Azərbaycan jurnalistikasından qaçış - SSRİ-dən qaçış kimi...

Fransa Senatının Qarabağa dair kağız parçası: oyunun arxasında nə var?

Şiələri qətl edən güllələr Aşurada ermənilər üçün İrandan gəlir

Ən çox oxunanalar