Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Baloğlan kimi öz adım var" - "Mədəniyyət Nazirliyinə qalsaydı..."

"Cəhənnəm olsunlar, Əbülfəs Qarayevə sual verin, görün xəbəri var?"...

“Oğlanlar var ki, 30-40 ildir heç yada düşmürlər. Yenə tamaşaçılarıma qurban olum, məni sevdirən məhz elə onlardır. Mədəniyyət Nazirliyinə qalsaydı, adım heç dəftərdə olmazdı”

PİA.az xəbər verir ki, bu sözləri Əməkdar artist Baloğlan Əşrəfov deyib. Müğənni Mədəniyyət Nazirliyinin fəaliyyətini sərt şəkildə tənqid edib:

“Sovet hökumətin vaxtında çox çalışırdım. Polad Bülbüloğlu özü ansamblımı yaradanlardan biri olub. Onda mənə Əməkdar artist fəxri adı verilməli idi, amma vermədilər. Bunu elə vaxtda verdilər ki, mənim demək olar ki, əməyimin ən gözəl vaxtları getmişdi. Ondan sonra Mədəniyyət Nazirliyində baş verənlərlə maraqlanmadım. Amma onu bilirəm ki, indi fəxri ad alanların əksəriyyətindən heç Əbülfəs Qarayevin özünün də xəbəri yoxdur. Son zamanlar fəxri ad alanlarla bağlı nazirə sual verin görün heç xəbəri varmı? Heç mən tələb də etmirəm, cəhənnəm olsunlar, Baloğlan kimi öz adım var. Sadəcə olaraq Xalq artisti fəxri adının fərqi onda idi ki, dövlət tərəfindən sənə müəyyən imtiyazlar edilir, bunu da almayandan sonra heç danışmaq da istəmirəm. Oğlanlar var ki, 30-40 ildir heç yada düşmürlər. Yenə tamaşaçılarıma qurban olum, məni sevdirən məhz elə onlardır. Mədəniyyət Nazirliyinə qalsaydı, adım heç dəftərdə olmazdı. Bu günə kimi əlimdən nə gəlib etmişəm. Azərbaycanda elə bir mədəniyyət evi göstərin və əgər orda konsertim olmayıbsa, mənə nə istəsəniz, deyin.

Baloğlan adını Azərbaycanda şəhərdən tutmuş dağ rayonlarına qədər soruşsunlar əgər məni tanımasalar, Əməkdar artist fəxri adı mənə haram olsun. Axı belə deyil. Mən camaatda şəhvət hissi oyatmamışam, vətənimə xəyanət etməmişəm, oxuduğum ancaq saf sevgi və vətən uğrunda olub. Bəs onda nə səbəb var ki, mənə Xalq artisti fəxri adı verilmir, özümü “sındırmamışam” və heç bundan sonra da “sındırmayacam”. Öz mədəniyyətimi, şəxsiyyətimi qoruduğum və özümü sevdiyim üçün belə şeyləri ortaya atıb xırdalıqlara getmirəm. Ən dəhşətlisi budur ki, mənə fəxri ad verilməsinə maneçilik törədən şəxslər vəzifədən çıxandan sonra çox adam dedi ki, onun haqqında danış, amma mən bunu etmədim. Onlardan biri elə Fatma Abdullazdədir ki, o, xanım demişdi ki, bütün Azərbaycana fəxri ad verəcəm, amma Baloğlandan başqa. Mənə Əməkdar artist fəxri adını da cənab prezident İlham Əliyev verib. Allah İ.Əliyevin canın sağ eləsin. Bu günə kimi öz abrıma qısılıb susdum, amma Mədəniyyət Nazirliyindəkilər utanmadılar”. (Moderator.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar