Cümə, 30 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Bakıda 30 min türk azarkeşə qarşı oynayacağıq" - Robert Peyc

"Oyunun bəzi hissələrində daha yaxşı çxış etməyə çalışacağıq. Bunun üçün ciddi hazırlaşmışıq".

PİA.az xəbər verir ki, bu fikirləri Uels millisinin baş məşqçisi Robert Peyc Bakıda Türkiyə millisinə qarşı AVRO-2020-nin A qrupunun II tur matçından öncə mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis meydana ən yaxşı "11-liy"i buraxacağını bildirib: "Havanın hərarəti oyuna təsir edir. Əvvəlki matçla müqayisədə böyük dəyişiklik olmayacaq. Hər komandaya qarşı oynaya bilərik. Rəqibdən çəkinmirik, sadəcə, hörmət edirik. Təcrübəli oyunçularımız var. Stadionda 30 min türk azarkeş olacaq. Sabah həm də onlara qarşı oynayacağıq. Bizə balans lazımdır".

Peyc "ay-ulduzlular"ın əvvəlki oyunlarına da baxdıqlarını və yaxşı komandaya qarşı mübarizə aparacaqlarını vurğulayıb: "Rəqibin güclü tərəflərini bilirik. Komandamızda türklərə çətinlik yarada biləcək futbolçular var. Əsas hədəfimiz qələbə qazanmaqdır. Əlimizdə özünü göstərmək istəyən 26 futbolçu var. Bu, mənim üçün vacibdir".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda oynanılacaq Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Nazim İbrahimova həbs yolu göründü – “Rövşən Əkbərov işi”ndə sürpriz

Sülh sazişi ilə bağlı Paşinyanın yeni şərtləri - Ermənistan Azərbaycanı tələyə salmaq istəyir?..

Flora Kərimovadan Əli Kərimliyə cavab: "Mənim davam torpaq-qürur davası olub, qarın yox!"

İnsanın sağlam olduğunu göstərən 10 göstərici və analiz

Azərbaycanın icazəsi olmadan Rusiya jurnalistlərinin və bloqqerlərin Qarabağa girişinə niyə icazə verilir?

Bir qrup Amerika generalı ABŞ qubernatoru ilə Bakıdan Zəngəzura gedib

Vaqif Axundov əmlakını satdı – 1 milyon 200 minə

Sərxoş deputat polisi evindən çağıraraq öz obyektində döyüb - Hadisənin səs yazısı qeydə alınıb

Mərkəzi Bankdan sərt addım: Bu dəfə azərbaycanlı milyarderin şirkəti cərimələnir

Baş prokurorluqdan Zakir Fərəcovun oğlu ilə bağlı açıqlama

Ən çox oxunanalar