Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Bakcell" Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib - Foto

"Bakcell" şirkəti Bakı şəhərində, "Sahil" metro stansiyasının yaxınlığında yeni konsept mağazasını istifadəyə verib.

Şirkətdən PİA.az-a verilən məlumata görə, müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni dükan özündə müştəri xidməti, eyni zamanda nömrə və aksessuar satışı funksiyasını birləşdirərək "hər şey bir arada" innovativ konsepsiyası əsasında qurulub.

Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən yeni mağazanın qurulmasında müştəri yönümlü yanaşmadan istifadə edilib. Burada abunəçiləri mobil rabitə xidmətlərinə aid bütün məsələlərdə kömək edə bilən xüsusi hazırlıq keçmiş əməkdaşlar qarşılayacaq. İnteryerin sadə zona bölgüsü sayəsində müştərilər üçün bütün lazımi məlumatlar daha əlçatan, müştəri xidməti təmsilçiləri və dükan əməkdaşları ilə ünsiyyət isə daha asandır.

"Əminəm ki, bu konsept mağazada biz hər bir müştərimizə daha üstün keyfiyyətli xidmət göstərəcəyik, çünki bütün yeni açılan mərkəzlərimizdə olduğu kimi, burada da bütün xidmət prosesi "hər şeyin mərkəzində müştəri dayanır" yanaşması üzərində qurulub. Xidmətlərimizi Azərbaycanın bütün regionlarında yaşayan abunəçilərimiz üçün daha əlçatan etmək məqsədilə biz ölkənin müxtəlif şəhər və rayonlarında yeni konsept mağazaların qurulmasını davam etdirəcəyik. Bu il növbəti dəfə "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülmüş "Bakcell" şəbəkəsi və özündə yüksək keyfiyyətli müştəri xidməti və satış funksiyasını birləşdirən yeni konsept mağazalar vasitəsilə biz müştərilərimizi bazarda ən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcəyik", - deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.

Mağazanın şəhərin mərkəzində yerləşməsini nəzərə alaraq, burada korporativ müştərilərə xidmətin göstərilməsi və B2B görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, "Bakcell" şirkəti bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polis "JEK" rəisinin otağında bıçaqlandı - DİN-dən açıqlama, yenilənib

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür: "Qüruruma toxunub..." - Video

Dəhliz qərarı verildi, qalır rəmzi "adqoyma mərasimi" - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi!"

Aslan İsmayılovdan Səttar Möhbalıyevə həcv: “Qazini özünü öldürməyə vadar edən…”

Tanınmış ginekoloq qadına şiddətdən danışdı - Video

Deputatdan dövlət qurumuna ittiham: “300 milyonun necə xərcləndiyi məlim deyil“

“Futbolu məhv edən Elxan Məmmədov Prezidentlə poz verir” - Aslan Ismayilov

Azərbaycanda məhkəmə müstəntiqin cəzalandırılması üçün Baş prokurora müraciət edib

Ən çox oxunanalar