Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərxalça"nın sədri: "Biz niyə yeni Qarabağ xalçaları yaratmayaq ki?"

"Azərbaycan xalçaçılıq sənətini XXI əsrin tələblərinə uyğun şəkildə inkişaf etdirməlidir".

Bunu "Report"a açıqlamasında bu ilin mart ayında "Azərxalça" ASC-nin İdarə Heyətinə sədr təyin edilmiş Emin Məmmədov deyib.

"Biz niyə yeni Qarabağ xalçalarını yaratmayaq ki?"

"Azərbaycanın tanınmış rəssamı Lətif Kərimov xalçaçılığın ensiklopediyasını yaradıb. Bu sənəti XXI əsrin tələblərinə uyğun şəkildə inkişaf etdirməliyik ki, yenidən bu cür ensiklopediyaların yaradılması mümkün olsun. Azərbaycan çeşnələri (xalçanın ornamental kompozisiyasının köçürüldüyü damalı kağızlar) əsasında yeni xalçalar yaradılmalıdır. Biz niyə yeni Qarabağ xalçalarını yaratmayaq ki? Yaratmalıyıq. Bunun üçün gənc xalçaçı rəssamlarla əməkdaşlığa başlamışıq, onlardan yeni dizayn nümunələri gözləyirik”, - deyə sədr qeyd edib.

"Azərbaycan xalçası beynəlxalq incəsənət aləmində yerini itirib"

E.Məmmədovun sözlərinə görə, Azərbaycan xalçası beynəlxalq incəsənət aləmində yerini itirib: "Halbuki, dünya muzeylərində bizim xalçalarımız var və bununla fəxr edirik. Beynəlxalq və tanınmış hərraclarda xalçalarımızın satış qiymətini görəndə sevinirik. Buna görə də biz yeni xalçalar yaratmalıyıq və bu xalçalar yalnız klassik olmamalıdır. Sözsüz ki, klassik xalçalar da yaradılacaq. Xalçaçılıq sənəti bir yerdə durmamalıdır, inkişaf etdirilməlidir. Azərbaycan xalçası beynəlxalq incəsənət aləmində öz yerini itirməməlidir. Təəssüflər olsun ki, son illərdə biz yerimizi itirmişik. Yerimizi başqa ölkələr tutmağa başlayıb. Ona görə biz həmişə beynəlxalq sərgilərdə iştirak etməliyik. Keyfiyyətli, müasir rəngləri özündə ehtiva edən gözəl əsərlər yaratmalıyıq. Xalçaya incəsənət əsəri kimi baxmalıyıq ki, məhsullarımızı rahat ixrac edək və zirvədə olaq”.

"Azərbaycan xalçaları Rusiya da daxil olmaqla postsovet ölkələrinin bazarlarına çıxarılacaq"

E. Məmmədov qeyd edib ki, artıq "Azərxalça" beynəlxalq sərgilərdə təmsil olunmağa başlayıb: “Koronavirus (COVID-19) pandemiyası başa çatdıqdan sonra bütün beynəlxalq sərgilərdə iştirak edəcəyik. Biz Azərbaycan xalçalarının “Made in Azerbaijan” brendi adı altında ixracı üçün çalışırıq. Moskvada böyük tekstil sərgisi təşkil ediləcək. İqtisadiyyat Nazirliyinin yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə “Azərxalça” sərgidə iştirak edəcək, həm klassik, həm də müasir xalçalarımızı təqdim edəcəyik. Çalışacağıq ki, bütün Rusiya bazarlarına xalçalarımızı çıxardaq və ilk növbədə bu ölkədəki yerimizi qaytaraq. Daha sonra isə digər postsovet ölkələrinin, həmçinin Avropa bazarlarında yer tutmaq istəyirik. Avropada 2021-ci ilin sonuna, 2022-ci ilin əvvəlinə sərgilər keçiriləcək”.

"Oğurlanmış Azərbaycan çeşnələri ilə bağlı iş aparılır"

“Təəssüf ki, Azərbaycan çeşnələri son illər müxtəlif yollarla oğurlanıb və satılıb. Çeşnələrimiz başqa ölkələrdə keyfiyyətsiz şəkildə toxunur. Bu isə Azərbaycanın xalçaçılıq brendinin dəyərini azaldır. Bu istiqamətdə həm beynəlxalq təşkilatlarla, həm bu sahədə fəaliyyət göstərən firmalarla, sərgilərlə əməkdaşlıq qururuq. Oğrulanmış çeşnələrin Azərbaycanın xalçaçılıq brendinin olması ilə bağlı müraciətlər ünvanlayırıq. Məqsədimiz Azərbaycan çeşnələrini oğurlayanlarla əməkdaşlıq qurulmamasıdır”, - deyə o əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən çox oxunanalar