Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərsu”nun sayğac maxinasiyası -  Smart sayğacların mexaniki “ömrü” - Araşdırma

“Smart şəhər”, "smart kənd”, smart işıq, su, qaz sayğacları və sair və ilaxır. Paytaxt Bakıda kommunal sahədə smart sayğaclar üstünlük təşkil edir. İstər qaz, işıq, istərsə də su sayğaclarının əksəri smart tiplidir. Bir müddət əvvələ qədər məhz həmin sayğacların istifadəsi üçün geniş maarfiləndirmə işləri aparılırdı. Vətəndaşlar smart sayğacların daha rahat olduğunu gördü. Amma bir müddət sonra bu sahədə problemlər özünü göstərdi. Bu günlərdə vətəndaşların narazılığına səbəb olan məsələlərdən biri də budur ki, smart su sayğaclarının batareyaları sıradan çıxır və bundan abonentin xəbəri olmur. O vaxt xəbər tutur ki, ona mexaniki sayğac üçün bildiriş gəlir. Abonentlər elə hesab edirlər ki, sayğaca yüklədikləri pul bitməyib, lakin sonradan ona çek-bildiriş veriləndə böyük məbləğdə su sərfinin qeydini görürlər.

“Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma yayımlayıb.

2021-ci ildə tender olmayıb?

Qısa araşdırma apardıqda məlum oldu ki, əvvəllər "Azərsu” ASC tərəfindən məhz smart-kart tipli sayğaclarla bağlı lazımı vasitələr alınıb. Misal üçün, "Azərsu” ASC smart-kart tipli, ön ödənişli su sayğacları üçün litium batareyaları və "Azərsu” loqolu plombların satın alınması məqsədilə açıq tender elan edib. 2017-ci və 2018-ci illər üçün belə tenderlər keçirilib. Lakin 2021-ci il üçün belə bir elana rast gəlinmədi.   Smart-kart tipli sayğaclarda yaranmış problem barədə "Azərsu” ASC məlumatlıdırmı və bu istiqamətdə hansı işlər görülür?

“Bəli, məlumatlıyıq”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında "Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, sayğaclarda batareyaların zəifləməsi, elektron hissəsinin sıradan çıxması halları mövcuddur: "Bəli, biz bundan məlumatlıyıq. Əvvəllər batareyaları dəyişdirmək üçün tenderlər keçirmişik. Yəni harada ki batareyaları dəyişdirmək imkanı var, onu həyata keçiririk. Qeyd edim ki, smart sayğac iki hissədən, həm mexaniki, həm də smart hissədən ibarətdir. Harada ki artıq smart hissənin sıradan çıxması halı qeydə alınırsa, yəni smart hissə düzgün işləmirsə, klapanı bağlanmırsa və ya hər hansı problem olursa, onda biz həmin sayğacların mexaniki hissəsini hesabatlara keçiririk. Qeyd etdiyiniz kimi, belə olduqda vətəndaşlara sayğacın mexaniki hissəsi üzərindən hesabatlar verilir. Belə deyək, hər ay bizim nəzarətçi yaxınlaşır, çek, yəni bildiriş çap edir və vətəndaşlara təqdim edir. Qeyd edim ki, 2021-ci ildə sayğac batareyalarının alınması ilə bağlı tender keçirilməyib”. 

“Sonradan dürüstləşmə aparılır”

A.Cəbrayıllı abonentlərlə "Azərsu” ASC arasında müəyyən mübahisələrə səbəb olan məsələyə aydınlıq gətirərək dedi ki, batareya zəifləyəndə, yaxud da ki, sayğacın smart hissəsində hər hansı bir qüsur yarananda, sayğaca yüklənmiş vəsait bitdikdə klapan bağlanmır: "Bəzi hallarda vətəndaşlar elə bilirlər ki, onların suyu qurtarmayıb, kartlarına da pul yükləmirlər. Belə deyək, kartlarına 5 manat yükləyirlər, amma 15, 20 manatlıq su işlədirlər. Belə olduqda vətəndaş karta yüklədiyi pulun miqdarından daha çox su istifadə edir. Buna görə də, sonra dürüstləşmə aparılır və həmin vətəndaşa hesab-bildiriş verilir”.

“Azərsu” sayğacların işləməsini təmin etməlidir”

İqtisadçı ekspert Eldəniz Əmirovbildirdi ki, quraşdırılmış sayğacların keyfiyyət göstəricilərinə "Azərsu” ASC cavabdeh olmalıdır: "Bu sayğacların davamlı saz işləməsi üçün qulluq tələb edilirsə, lazımi qulluq edilməlidir. Batareyası dəyişdirilməklə işlək hala gətirilirsə, bu da edilməlidir. Çünki dünya smartlaşır. Belə dövrdə biz keyfiyyətsiz smart sayğaclar işlədiriksə və onlar sıradan çıxan kimi mexaniki hesablamaya keçiriksə, bu, sadəcə acınacaqlıdır. Bütün hallarda "Azərsu” əməkdaşları sayğacları vaxtaşırı nəzarətdə  saxlamalı və işləməsini təmin etməlidirlər”.

Vətəndaş“ tam olaraq prosesdən məlumatlandırılmalıdır”

E.Əmirov qeyd etdi ki, əgər hansısa səbəbdən smart sayğacın fəaliyyəti dayanarsa, bərpası mümkünsüz olarsa, yenisi ilə əvəz edilməlidir: "Təkrar olaraq altından xətt çəkərək vurğulamaq istəyirəm ki, ölkəmiz "smart şəhər”, "smart kənd” layihələrini reallaşdırır. Belə olan halda  smart sayğacın fəaliyyətini təmin edə bilməmək və ya bunu istəməmək çox pis nümunədir.  

Əgər yeni smart sayğacla təminat bərpa edilənə qədər müvəqqəti olaraq mexaniki rejimin tətbiq edilməsinə ehtiyac varsa, o zaman vətəndaş tam olaraq prosesdən məlumatlandırılmalı və sərfiyyat göstəricilərinin hər iki tərəfin iştirakı ilə qeydiyyatı aparılmalıdır. Amma bu, müddətsiz xarakter almamalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar