Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azəriqaz" İB-nin baş direktoru: "Qazın tariflərinə baxış qaçılmaz idi"

“Oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edildi. Qərara əsasən əhalinin illik istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırıldı. Əhali üçün 1200-2500 m3-dək və 2500 m3-dən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanıldı. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırıldı. Əvvəla onu deyim ki, həqiqətən də tariflərə baxış qaçılmaz idi”.

Bunu APA-ya açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

R. Əliyev deyib ki, bunun bir çox obyektiv və subyektiv səbəbləri var: “Səbəblərdən biri budur ki, dövlət zərərlə işləyən və büdcəyə yük olan sahələri iqtisadi asılılıqdan çıxarmağa çalışır. Yəni, qurumların rentabelliyinin artırılması əsas prioritetlərdən biridir. Dayanmadan istehlakçı sayının çoxalması dövlətin xərclərinin artmasını qaçılmaz edir. Təsəvvür edin, 1000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir. Digər səbəblərdən biri dünya bazarında təbii qaz da daxil olmaqla qiymətlərin yüksəlməsidir. Pandemiyanın nisbətən səngiməsinin fonunda dünya bazarında müşahidə olunan canlanma bu bahalaşmanı şərtləndirən amillərdən biridir”.

Azəriqaz” İstehsalat Birliyinin baş direktoru statistikaya da diqqət yetirməyi vacib sayıb: “Cari ildə sənaye sahələrində istehsalın bərpa olunması dünya bazarında qazın qiymətinə əsaslı şəkildə təsir etdi. İlin əvvəlində 1000 kub metri 335 dollar olan təbii qaz iyul ayında 500 dollara, avqustda isə 600 dollara yaxın olub. Sentyabr ayında birjalarda 1000 kubmetri 700 dollara qalxan qazın qiyməti oktyabr ayında rekord həddə - 1200-1400 dollar aralığına yüksəlib. Üstəlik, neft və qaz avadanlıqlarının qiymətindəki artım da maya dəyərinə kifayət qədər təsir edir. Beləliklə, bu artımların bütün xidmət sahələrinə təsiri tarif məsələsini məcburi şəkildə gündəmə gətirdi. İnanıram ki, iqtisadi asılılığın aradan qaldırılması xidmət sahələrində faydalı iş əmsalına xeyli təkan verəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar