Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azercell" “Tələbə Təqaüdü 2023” proqramını elan edir

Azercell Telekom” MMC korporativ sosial məsuliyyət siyasəti çərçivəsində yüksək potensiala, bilik və bacarıqlara malik olan Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələri həvəsləndirmək, onların peşəkar inkişafına dəstək olmaq məqsədilə “Azercell Tələbə Təqaüdü 2023” proqramına start verir.

PİA.az xəbər verir ki, proqram çərçivəsində tələbələrin İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik, Biznes Analitikası, Data Elmi, Marketinq sahələri üzrə dəyərləndirilməsi nəzərdə tutulur. Seçim komissiyası tərəfindən təşkil edilmiş mərhələlərdə yüksək nəticə göstərmiş son iki kurs (bakalavr) tələbələri ali təhsillərinin sonunadək təqaüd almaq şansını qazanacaqlar. Bununla yanaşı, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial layihələrində, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər.

Azercell Tələbə Təqaüdü 2023” proqramına bütün müraciətlər yalnız elektron formada qəbul olunur. Bunun üçün şirkətin rəsmi veb səhifəsində (www.azercell.jobs) uyğun istiqamət üzrə təcrübə proqramını seçib, CV-ni, tələbə biletinin və qiymət kitabçasının (transkript) skan versiyasını əlavə edərək qeydiyyatdan keçmək lazımdır. Ərizələrin son qəbul tarixi 20 oktyabr 2022-ci il tarixidir. Əlavə məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azercell müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərməklə yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olur, eyni zamanda korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində cəmiyyətə töhfə verməyə çalışır.

pia.az


Etiket: Azercell


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar