Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ayıbdır, M.C.Bağırov dövlət başçısı idi, bir-bir kameralara girib adam güllələmirdi"

Şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclasıda keçirilib

Bu baxımdan görkəmli yazıçımız Adıgözəl Məmmədov liderlərin psixologiyası mövzusunda bir neçə kitabın müəllifidir. Onun M.C. Bağırovla bağlı araşdırmalarınıda bu mövzuda yeni qənaət kimi də qiymətləndirmək olar. Onunla söhbətimiz tarixi müəyyən dövrlərində dövlətin başında dayanan siyasi liderlər mövzusundadır.

-Zaman-zaman tarix və şəxsiyyət məsələsi ilə bağlı müxtəlif fikirlər deyilib. Hər halda, burada ilk öncə xüsusən son günlər 1937- ci ildə ildə güllələnnmiş mərhum şairimiz Mikayıl Müşviqlə bağlı M. Bağırov yenidən Azərbaycanın fikir gündəminə gəlibdir. Bağırov ömründəki bu ziqzaqların əsas kökü, sizcə, nə idi?

-Əvvəla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı tapşırığ verməsinə görə çox saylı yazıçılarımız adından minnətdarlığımızı bildirirəm. 1953-cü ilin martından sonra baş katib səlahiyyətləri Rəyasət Heyəti üzvlərinə keçir. Amma real hakimiyyət SSRİ Nazirlər Sovetinin sədri Malenkov, Mərkəzi Komitə Aparatının rəhbəri Xruşşov və Nazirlər Soveti sədrinin müavini, DİN rəhbəri Beriyanın əlində idi. Xruşşov xatirələrində qeyd edir ki, «Stalinin ölümündən sonra Mikoyan mənə yaxınlaşaraq Beriyanın təhlükəli olduğunu dedi və hakimiyyəti necə ələ almağın yollarını göstərərək kömək etmək istədiyini bildirdi. Siyasi Büronun üzvləri ilə görüşərək onları özümə tərəf çəkirdim. Beriya bir neçə dəfə Jukovu həbs etmək istəmişdisə də, Stalin buna mane olmuşdu. Jukovun tərəfimi tutacağını bilirdim».

Bilirsiniz, adətən liderləri siyasi mühit formalaşdırır, bəzən isə tarixi gerçəklik.Tarix məğlub olanları sevmir. Məğlublara istənilən vaxt istənilən adı qoymaq olur. Liderləri biri-birilərindən fərqləndirmək lazımdır. Bu şəxslərə spektrial yanaşanda istər-istəməz onlar barədə bir-birinə paralellik təşkil etməyən fikirlər görərik. Əgər 1953-cü ildə Stalinin ölümündən sonra Bağırov-Beriya birliyi siyasi hakimiyyətə gəlsəydi, sözsüz ki, məhkəmə prosesi onu sonradan ittiham atəşinə tutan Xruşev ,Mikoyan, Molotov üçün qurulacaqdı. Həmdə o, vaxtkı Rəyasət Heyətində əyləşənlərin əksəriyyəti Xruşşovun siyasi hakimiyyəti ələ ala biləcəyinə inanmırdı. Heç kəsin ağlına gəlməzdi ki, Xruşşov gələcəkdə meydana çıxaraq bütün səlahiyyətlərə sahib olacaq. Xruşşov xatirələrində yazırdı ki, «Stalinin ölümündən sonra, ilk dəfə olaraq, Sov. İKP-nin Rəyasət Heyətinə aprel ayında Bağırov namizəd seçilir. Beriya və onun yaxın ətrafı Bağırovu addım-addım hakimiyyətin ən ali pilləsinə yaxınlaşdırırdı. Artıq Beriya Kremldəki hakimiyyəti ələ almaq üçün müəyyən hazırlıq tədbirləri də görmüşdü. Öz təsəvvüründə o, bu siyasi hakimiyyət dəyişikliyində ona dəstək verə biləcək şəxslərdən ən əsası Bağırovu sayırdı. Həqiqətən də, Beriyanın aparacağı bu siyasi hakimiyyət dəyişikliyinə Bağırov da hazırlaşırdı».

Beləliklə, Beriya həbs olunur, güllələnir. Xruşşov Bağırovu Moskva plenumundan sonra həbs etdirə bilərdi, amma Bağırov ona hələ lazım idi. Beriya avtoritetini ölkədə məhv etmək, Xruşşov və onun əlaltılarının Beriyanın güllələnməsi hökmünün doğruluğunu əsaslandırmaq üçün Bağırov onlara hələ çox lazım idi. Bağırov qafqazlı və Beriyanın yaxın dostu idi. Xruşşovun Bağırovu həbs etməməsinin, əksinə, yeni bir vəzifə təklif etməsinin səbəbi bu idi. Bu, Xruşşovun taktiki gedişi idi və bir neçə ildən sonra onun hakimiyyətdə möhkəmlənməsi Bağırovu Beriyanın aqibətilə üzləşdirdi. Artıq bu andan Bağırov Xruşşova lazım deyildi.

Bağırov anlayırdı ki, Kremldəki siyasi mühit onun əleyhinə yönəlib. 13 iyul 1953-cü il plenumunda M. Bağırov öz vəzifəsindən azad olunur. 3 gün sonra şəxsi işi Sovet İttifaqı KP MK-nın sərəncamına göndərilir. 1953-cü ilin sonuna qədər Bağırov Moskvadakı evində həyat yoldaşı Yevgeniya Mixaylovna və oğlu Cenlə Sovet İttifaqı KP MK-nın təyinatını gözləyir. 1954-cü ilin yanvarında Kuybışev şəhərindəki Kuybışev neft idarəsinin kadrlar işi üzrə rəis müavini təyin edilir. Yazda hadisələr kəskin dəyişir. Martın 13-də Bağırov partiyadan xaric edilir. İlin sonunda onu həbs edirlər. Məhkəmə prosesində Bağırovu daha çox repressiyaların təşkilində ittiham edirdilər. Məgər bu represiyalar birbaşa Moskvanın göstərişinə uyğun aparılmırdımı? Xruşşov Ukraynada, Arutyunov Ermənistanda, o cümlədən bütün SSRİ məkanındakı rəhbərlər bu göstərişləri həyata keçirmirdilərmi? Tədqiqatçılarımızdan xahiş edirəm ki, tarixi prosesləri obyektiv tədqiq eləsinlər. Artıq bayağı sözlər keçmir.

- Bəs repressiyalarda Bağırovun iştirakı hansı formada olub?

Bilirsiniz əsas oudur ki, tədqiqatçı heç vaxt təsir altına düşməsin.Heç kim unutmasın ki, repressiyaları M.C.Bağırov başlamayıb , bu proses Xalq Daxili İşlər Kommisarlığının 5 avqust 1937-ci il tarixli 00447 №-li əmrilə həyata

2 iyun 1937-ci ildə Stalinin iştirakı ilə müdafiə komissarlığının hərbi şurasının geniş iclası keçirilir. K.Y.Voroşilov məruzə ilə çıxış edərək hərbi – dövlət çevrilişində iştiraka cəhd etmiş hərbi komandirlər Tuxaçevskinin, Putnanın, Korkun, Yakirin, Ube¬viçin həbs olunduqlarını söyləyir. Beləliklə Stalin 1937-ci il iyun plenumuna bir neçə gün qalmış bu xəyanəti həyata keçirmək istəyənləri neytrallaşdırır. Artıq ordudakı rəhbərliyə Stalinin inamı itdiyindən, o ancaq XDİK(Xalq Daxili İşlər Komissarlığı)-yə arxalanırdı.

23 iyunda başlayan ÜİK(b)P MK plenumunda Sovet dövləti və onun rəhbərliyinə qarşı xəyanətdə əli ola biləcək bütün şəxsləri tapıb ifşa etmək barədə plenum iştirakçıları tərəfindən yekdilliklə qərar qəbul edilir. Baxmayaraq ki, Stalin bu repressiyalara başlamamağı aşkarda plenum iştirakçı¬larından xahiş edirdi, həqiqətdə isə özü bu işlərlə şəxsən məşğul olurdu. Lakin, imperiyanı qorumaq üçün kommunist qiyafəsi geymiş plenum iştirakçıları yenidən Stalinə etimad edirdi. Bu etimadın müqabilində Stalin də bu prosesdə öz şəxsi düşmənlərini məhv etməklə bərabər, hər dəfə im¬periyanın inkişafı üçün onun daha lazımlı şəxs olduğunu ölkədə aparılan hərbi- sənayeləşmə və iqtisadi inkişafla sübut edirdi.

Ona görə də 1937-ci ildə keçirilən məlum plenumda iştirakçıların böyük əksəriyyəti tərəfindən Buxarin və Rıkov partiya intizamını pozmaqda, partiyada Stalin xəttinə qarşı gizli mübarizə aparmaqda, fraksionizm və dağıdıcılıqda ittiham olundular. Buxarin plenumda çıxış edərək Stalinin, Molotovun, Orconikidzenin ünvanına kəskin ittihamlar söylədi. Bu plenuma qədər «müəyyən qruplar» plenumda Buxarin və Rıkovla guya həmfikir olacaqlarını söyləsələr də, müzakirələr zamanı səslərini də çıxarmadılar. Sonradan ÜİK(b)P Siyasi bürosunun qapalı toplantısında bu «müəyyən qruplar» Stalini zor yolu ilə siyasi hakimiyyətdən uzaqlaşdırmaq göstərişini Rıkovdan aldıqlarını etiraf etdilər. A.İ.Mikoyan plenumda Buxarin və Rıkovun ünvanına kəskin siyasi ittihamlarla dolu geniş məruzə ilə çıxış etdi. 27 fevral 1937-ci il plenumunun yaratdığı komissiyanın protokolunda N.İ.Buxarin və A.İ.Rıkovla əlaqədar deyilir: (Baxmayaraq ki, Stalin onların partiyadan çıxarılmasını və məhkəməyə verilməsini plenumda təklif etmişdi). Komissiyanın 20 üzvün¬dən Yejov, Budyonnı, Manuilski, Şvernik və Kosarev Buxarin və Rıkova ən yüksək cəza verilməsinə - onların güllələnmələrinə səs verdilər. Komissiyanın yerdə qalan hissəsi isə Buxarin və Rıkovun ÜİK(b)P MK-dan çıxarılması və məhkəməyə verilməsi təklifinə səs verdi.

Maraqlı detal odur ki, yenə də siyasi intriqaların tam mərkəzində olan Mikoyanın öz dəst-xətti ilə protokolda qeyd olunur: Buxarin-Rıkovun işi NKVD-yə göndərilsin. Yəni məhkəməyə deyil, birbaşa güllələnməyə.

Ancaq Stalinin məsələyə birbaşa müdaxiləsindən sonra A.İ.Rıkov və N.İ.Buxarin, həmçinin onların tərəfdaşları üzərində açıq məhkəmə prosesləri qurulur. Məhkəmə prosesində Rıkov da, Buxarin də sağ təmayülçü antisovet blokunun mövcud olmasını etiraf edirlər. Hətta Rıkov son sözündə müraciət edərək söyləyir: «Kim ki hələ ifşa olunmayıb, dövlətə kömək edərək mövqelərini dəyişsinlər. Hakimiyyət əleyhinə olan qüvvələr hələ ki istifadə etmədikləri silahları buraxaraq dövlətə tabe olsunlar» (“İmperiya Stalina”, Səh.396). Buxarin isə son sözündə: «Mənim dəhşətli cinayətlərimin həddi-hüdudu yoxdur» - deyir (“İmperiya Stalina”, səh.78).

Lakin onu da qeyd etmək istəyirəm ki, sözsüz ki, istintaq zamanı müstəntiqlər Rıkovdan onunla siyasi əlaqədə olanlarla maraqlanırdılar. Rıkov isə yaxın münasibətdə olduqları adamların siyahısını təqdim edirdi. Məsələn, o qeyd edir ki, mənim Zaqafqaziyada Qəzənfər Musabəyov, Orxealaşvili və sairələri ilə əlaqələrim var. Bununla da növbəti istintaqa yeni vəzifəli şəxslər və insanlar cəlb olunurdu. Qəzənfər Musabəyovun istintaqı zamanı isə o, Ruhulla Axundovla yaxın münasibətlərini bildirir və bununla da dairə genişlənirdi. (Nəzərə alsaq ki, Ruhulla Axundov da öz şəxsi anketində vaxtilə «Eser» partiyasının üzvü olduğunu göstərmişdi – A.M.). Ona görə də repressiyaların miqyası genişlənirdi. Artıq bu dövrdə Moskvadan Xalq Daxili İşlər Komissarının 00447 №-li əmrinə əsasən Sovet İttifaqında rep¬ressiyaların həcmi görünməmiş səviyyəyə çatdı.

Tezliklə MK-nın bütün üzvləri həbs olundular, onlar XDİK-in fövqəladə səlahiyyətlərinin artırılmasının əleyhinə çıxmışdılar. Bir neçə şəxs də onların çıxışlarını dəstəklədikləri üçün repressiya olundular. 1937-ci ilin sentyabr plenumunda Stalin məlumat verirdi: “İyun plenumundan indiki plenuma qədər bizim sıralarımızdan MK-nın bir neçə üzvü çıxmış və həbs olunmuşdur: Zelenskiy, Lebed, Nosov, Patnitskiy, Xataeviç, İkramov, Krinitskiy, Vareykis - 8 adam. MK üzvlüyünə namizədlər arasından həbs olunanlar isə 16 nəfər idi. Beləliklə, MK üzvlərinin və namizədlərinin yarıya qədəri repressiya olundu. Sonralarda MK-nin digər üzvlərinə və namizədlərinə qarşı repressiya davam etdirildi. Bubnov, Kosarev, C.Kosior, Mejlauk, Pospışev, Ruximoviç, Çubar, Eyxe və başqaları həbs olundular. 1938-ci ilin axırına kimi partiyanın Mərkəzi Komitəsinin 70%-i repressiya olundu.

Stalin öz oponentlərini nəin ki, ölkə daxilində terorizə edirdi, o, həmçinin 1940-ci ilin avqustunda qatı düşməni Trotskinin qətlinidə xaricdə təşkil etdirdi.

1937-ci ildə SSRİ Xalq Komissarları Sovetinin sədri vəzifəsində olan V.M.Molotov sonralar günahsız insanların güllələnməsinə, əsir dü¬şər¬gələrində və həbsxanalarda məhv olmalarına «öz baxışlarına görə haqq qazan¬dıraraq» yazırdı:

«1937-ci il zəruri idi. Dövlət eyni zamanda fəhlə sinfinin, kəndlilərin və ziyalıların mənafeyini ifadə edə bilməzdi. Bundan başqa, ziyalılar arasında keçmiş sinfi düşmənlər az deyildi, onlar fəhlə sinfinin diktaturası uğrunda mübarizə apara bilməzdilər».

##relatedPostMilli##Birdə ki, ayıbdır M.C.Bağırovu kameraya girb M.Müşviqi gülləməkdə ittiham etmək.Yoldaşlar unudurlar ki, M.C. Bağırov dövlət başçısı idi ,o kameraları gəzib adam güllələməklə məşğul deyildi. Daxili işlər orqanında güllələnmə aktını həyata keçirən kommissiyalar olurdu və sonda da həkim rəyindən sonra onlar bu akta qol çəkirdilər. Yaxşı olar ki, bu aktları üzə çıxarsınlar.Birdə ki,1938-ci ilin yanvarında N.İ.Yejovun tapşırığı ilə Bakıya SSRİ Daxili İşlər Komis¬sarlığından böyük bir qrup komissiya gəlir. Komissiyanın əsas məqsədi respublika rəhbərliyinin əks-inqilabla mübarizəsinin zəif təşkil edilməsini və M.C.Bağırovun əksinqilabçılara qayğı ilə yanaşmasını üzə çıxartmaq idi. Məhz bu dövrdə Azərbaycan Xalq daxili işlər komissarı Y.D.Sumbatov-Topuridze vəzifəsindən kənarlaşdırı¬la¬raq heç bir işlə təmin olunmur.

Moskvadan gələn komissiya isə M.C.Bağırovun həbsini əsaslandırmaq üçün müəyyən işlər görür və bu yoxlamanın nəticələri kimi onun millətçi-təmayülçü olmağı barədə Moskvaya məlumatlar ötürürlər. Bu məlumatlarda onun «Hümmət» təşkilatı ilə əlaqələri xüsusi vurğulanırdı. Lakin hadisələrin məcrası L.P.Beriyanın 1938-ci ilin yazında SSRİ Xalq daxili işlər komissarının müavini seçildikdən sonra dəyişilir. Belə ki, Beriya bu vəzifəyə gəldikdən sonra onun ilk işlərindən biri kimi Y.D.Sumbatov-Topuridzeni Moskvaya yanına gətirərək işlə təmin etməyi olur. Y.D.Sumbatov-Topuridze SSRİ Xalq Daxili İşlər Komissarlığı nın təsərrüfat şöbəsinin rəhbəri olur. L.P.Beriya N.İ.Yejovun tapşırığı ilə Bakıya göndərilmiş komissiyanın düzgün yoxlanış aparmadığı barədə Stalinə məlumat verir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar