Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"AYB sosial təminat idarəsi kimidir" - Yazarlar qurultayla bağlı gözləntilərini açıqladı

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayına sayılı günlər qalıb...

Hər zaman cəmiyyətin diqqət mərkəzində olduğu üçün AYB-də baş verən ən xırda hadisə belə böyük səs-küyə, qalmaqala səbəb olur. Qurultayın keçirilməsi tarixi açıqlandıqdan sonra bu məsələ də yazıçı və şairlər arasında ciddi müzakirə olunur. Əlbəttə ki, ən çox maarq doğuran məsələ AYB-nin sədr kürsündə kimin əyləşəcəyidir.

Bakupost.az mövzu ilə bağlı bir neçə müstəqil yazıçı və şairlərin fikirlərini öyrənib.

“AYB ədəbiyyatla yox, siyasətlə məşğuldur”

Yazıçı, jurnalist Pərviz Cəbrayıl istənilən ədəbi birliyin sonunun kolxoz quruluşu kimi olduğunu bildirib:

“Kolxoz sistemini sevmədiyimdəndir ki, heç vaxt heç bir birliyə üzv olmamışam. “Eqo” istisnadı, çünki bu ad tam təsadüfi ad idi, mahiyyətə heç bir dəxli yoxdu, sırf yazarlarımızın normal qonorar alması üçün düşünülmüşdü. Ancaq bununla belə, onun da sonu kolxozfason bir şey oldu. Qaldı ki, “AYB nin 30 sentyabrda keçiriləcək qurultayından gözləntiniz varmı” sualına, buna belə cavab verim: O birliyə hətta sabah mən sədr olsam, - seçilsəm yox a, orda sədr seçilmir, təyin olunur, - yenə heç nə dəyişməyəcək. Dəyişən bəlkə də özüm olacağam. Çünki bunun təməli, bunun sistemi yanlışdır. AYB günümüzün siyasi partiyalarından biri kimi gəlir mənə. AYB ədəbiyyatla yox, deyərdim, siyasətlə məşğuldur. Bir az sosial təminat idarəsi də demək olar. İstər əyri, istər düz yolla olsun, bir neçə adam oranın hesabına yaşayır. Çox da yaxşı yaşayır. Ədəbiyyatdan başqa nə deyirsən, de, yapışar. Əmin olun ki, ora Anar yox, başqa biri sədr olsa, Anarın xiffətini çəkəcək ordakılar, hətta AYB-yə müxalif olanlar da. Anar AYB üçün ən layiqli namizəddir. Heç olmasa, arxasında yaradıclığı, siyasi, ədəbi çevrələrdə sayılan avtoriteti var”.

“Konkret bir gözləntim yoxdur”

Yazıçı Mübariz Örən hesab edir ki, artıq dövr AYB-nin daha çevik və impulisiv olmasını tələb edir:

“AYB varsa, qurultayı da olmalıdı. Heç vaxt AYB qurultaylarında olmamışam, konkret bir gözləntim də yoxdu. Kimi seçəcəklərsə, o da sədr olacaq. AYB bizə lazımdırmı? Lazımdısa, hansı formada, məzmunda lazımdır? Zənnimcə, AYB daha çevik, impulsiv, müasir qloballaşmış dünya ilə iç-içə olmalı, ən yaxşıları dünyaya təqdim etməlidir, ən istedadlılarla işləməlidi. AYB-nin sovetdən qalmasında deyil problem, əsas problem onun köhnə qaydalarla idarə olunmasındadı. Bir sözlə, AYB-yə təzələnmək lazımdır”.

“AYB-nin qurultayı artıq lətifə mövzusudur”

Yazıçı Şərif Ağayar isə AYB-nin qurultayının artıq illərdir lətifə mövzusu olduğunu bildirib:

“AYB və onun qurultayı artıq lətifə mövzusudur. Birini danışım izninizlə. Demək, gənc bir şair AYB-yə nota verir ki, məni Şuşaya aparmasanız, gününüzü göy əskiyə düyəcəm, Anar müəllimin qanını hər gün qaraldacam. İnanmırlar və adamı Şuşaya aparmırlar. Bir gün Anar ovqatı təlx vəziyyətdə Rəşad Məcidi otağına çağırıb deyir:
- O uşağı Şuşaya gedən dəstəyə yazın, yoxsa doğrudan da qanımı qaraldır.
- Axı necə? – Rəşad müəllim təəccüblə soruşur.
- Hər günorta nahar vaxtı gəlir pəncərəmin ağzına, “Qurultay” deyib qışqırır...”.

“Mənim ədəbiyyatımıza yazığım gəlir”

Yazıçı, şair Cəlil Cavanşir də hesab edir ki, bu qurultayın əvvəlki qurultaydan heç bir fərqi olmayacaq, nəticə dəyişməz olaraq qalacaq:
“Mən AYB üzvü olmadığım üçün bu təşkilatla bağlı heç bir gözləntim yoxdur. Ümumiyyətlə, AYB-ni lazımsız, ədəbiyyata və mədəniyyətin inkişafına mane olan bir qurum hesab edirəm. Anarın bu qurultayda da vəzifədən gedəcəyinə inamım yoxdur və qurultayın da maraqlı, qaynar keçəcəyini düşünmürəm. Hər zaman olduğu kimi AYB üzvləri və qonaqlar toplaşıb Anarı tərifləyib, qurultay üzvləri də Anarı seçib dağılışacaq. Anara yaxın olan mənbələrdən eşitdiyimə görə, AYB struktur dəyişikliyi edəcək, bir neçə yeni təyinat olacaq. Anar isə əbədidir, dönməzdir. Anarın krallığı da əbədidir. Bu baxımdan Anar müəllimə can sağlığı arzulayıram ki, öz tərəfdarlarına və təbəələrinə normal şərait yarada bilsin. Dövlətin pulunu havaya sovurmağın ən gözəl nümunəsi kimi Mədəniyyət Nazirliyi ilə rəqabətə girmiş AYB bu sahədə qalibdir. Əslində isə heç biri umrumda deyil, nə Anar, nə də onun krallığı. Mənim ədəbiyyatımıza yazığım gəlir. Belə davam etsə, heç nə düzələn deyil".

pia.az


Etiket: AYB


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar